bədən-estetigi

Bədən Estetiği

September 10, 2024 Yeniləmə tarixi
Analıq, hər qadının dünyada yaşaya və dadmaq istədiyi ən gözəl duyğulardan biridir. Hər qadının xəyallarını bəzəyən hamiləlik dövrü və balasını ilk qucağına alışı ağıllardan silinməz. Körpənin artıq böyüməsi ilə birlikdə qadının hamiləlik əsnasında bədənində olan dəyişikliklər və şiş geriləməyə başlar. Bəzi qadınlar genetik bədən quruluşuna bağlı qısa müddətdə köhnə formasını geri qazanar ancaq bəzi qadınların bədən quruluşu buna uyğun deyil. Qarın bölgəsində olan yağlanma, sallanma və çatlar əmələ gəlir və qalıcı olur. Zaman içində verilən kilolar və sallanmalar körpəsinə baxan ana üçün çoxlu stress yarada bilər və özünə inamsızlığa belə səbəb ola bilər. Daha dərin vəziyyətlərdə qadınlar depressiyaya belə girə bilər. İndiki vaxtda edilən cərrahi xidmətlərlə bu cür və bənzəri problemlərə plastik cərrahlar bütün bədən şəkilləndirmə əməliyyatları ilə köməyə tələsir.
 

bədən estetiği qiymetleri iran'da TebMedTourism Şirkətində

 
cost-2
 
[table id=39 /]
 

Bədən şəkilləndirmə əməliyyatı nədir?

Bəzi hallarda edilən diyetlər və idman xarici görünüşün istənilən ölçülərə gəlməsinə köməkçi olamaya bilir. Belə vəziyyətlərdə bədən şəkilləndirmə əməliyyatları,kombinə əməliyyatlar tətbiq edılərək bədəni yenidən şəkilləndirib formaya salmaq mümkündür. Bədən şəkilləndirmə əməliyyatları hansı əməliyyatlar ilə kombinə edilir? Doktor ilə edilən görüş sonunda pasiyentə görə ən uyğun əməliyyatlara qərar verilir. Bütün bədən şəkilləndirmə əməliyyatları Protezli və ya protezsiz məmə dikləşdirmə, qarın gərmə, bud gərmə, Liposuction (yağ alma) kimi əməliyyatlar ilə kombinə edilir.
bodyweight-burn-lose-belly-2
 
weight-loss-1024x783-2

Bədən şəkilləndirmə əməliyyatları neçə seansda edilə bilər?

Bu əməliyyat ümumiyyətlə bir seansda tamamlanır. Həkiminiz lazım bilsə ikinci bir seans daha edilə bilər.

Bədən şəkilləndirmə əməliyyatları ən erkən nə zaman edilə bilər?

Doğum sonrasında bədənin özünü toparlaması ümumiyyətlə bir ilə qədər sürər. Bu müddət içərisində döş və qarın toxumaları köhnə formasına dönməyə başlar, zəifləmə və yığışma müddəti tamamlanmış olur. Həkiminiz əgər qərar versə, bütün bədən şəkilləndirmə əməliyyatının edilə bilməsi üçün ən azından əmizdirmə dövrünün bitmiş olması məsləhətdir.
 

Əmizdirmə sonrası kiçilən sinələrə nə kimi bir əməliyyat tövsiyə edilir?

Hamiləlik dövrünə nisbətən daha böyük olan məmələr əmizdirmə səbəbi ilə zaman içində boşalmağa başlayır. Genişlənmiş dəri zaman içində elastikliyini toparlamadığı üçün sallanmağa başlar. Bu şikayətlərdən xilas olmaq üçün bütün bədən şəkilləndirmə əməliyyatından olan məmə böyütmə və ya dikləşdirmə əməliyyatı tətbiq olunur.

Əmizdirmə sonrası məmə toxuması kifayət edirsə necə bir üsul əməliyyat oluna bilər?

Əgər xəstənin kifayət qədər məmə toxuması varsa yalnız kiçiltmə digər adı ilə toparlama əməliyyatı tətbiq olunur. Yalnız döş başı ətrafında və şaquli şəkildə döşaltına doğru görülən çapıq (yara izi) olar ki, buda zaman içərisində itib bilinməz hala gələr. Amma məmə toxuması həkiminiz tərəfindən kafi görülməz isə silikon protez istifadə edilməsi tövsiyə edilir.

Növbəti doğum sonrası təkrar süd verılə bilərmi?

Bədən şəkilləndirmə əməliyyatlarında həkim pasiyentı ilə birlikdə hərəkət edər. Xəstənin başqa tələbi olmadığı müddətcə süd kanalları kəsilməz.
mastopexy-breast-lift-6-2
breast-reduction-surgery-mammoplasty-144-2
 

Bədən şekillendireme əməliyyatında qarın gərmə əməliyyatı necə tətbiq olunur?

Xüsusilə doğum sonrası bəzi qadınlarda həddindən artıq dəri və yağ sallanmaları meydana gələ bilər. Qarın divarına gərginlik verən və daxili orqanların xaricə doğru şişməsini önləyən əzələlər,olması lazım olduğundan çox daha zəifləyər. Həkimin edəcəyi əməliyyat sonunda göbək dəliyi altında qalan sallanan,çatlaq dəri və yağ toxumaları çıxarılır, qarın bölgəsi və divarındakı əzələ toxuması gərginləşdirilər.
woman-holding-skin-of-waist-2

Qarın gərmə əməliyyatı əsnasında göbək yerini dəyişirmi?

Bədən şəkilləndirmə əməliyyatları böyük əməliyyatlar arasında sayılmaqdadır. Ümumiyyətlə qarın əzələlərin çoxu gerginleştirildiyi üçün və göbək altında olan dəri alındığı üçün göbək dəliyin yeri yenidən müəyyən edilir.

Sezaryen sonrası bədən şəkilləndirmə əməliyyatı tətbiq oluna bilərmi?

Bəli, tətbiq edilir. Amma bədən normal formasına dönənə qədər gözlənilməsi tövsiyə edilir. Armud böyüklüyündə olan uşaqlıq hamiləlik dövründə basket topu böyüklüyünə çatır. Bədən və orqanlar normal ölçülərinə və yerlərinə geri dönməsi ən azı 45 gün davam etməkdədir.
abstract-blue-hexagonal-shapes-background

Bədən şəkilləndirmə də budların korreksiyası nəyi əhatə edir?

Normal doğum sonrası bəzi hallarda vajinada deformasiyalar görülə bilər. Hal-hazırda tətbiq olunan texnikalar sayəsində böyük və ya kiçik dodaqlarda olan sallanma və digər estetik problemlərin həlli var. Qasıq nahiyyəsi Liposuction (yağ alma) ilə zəiflədilir, liposculpture ilə şekillendirilir. Bəzi hallarda böyük və kiçik dodaqlara yağ injection olunaraq vəya digər plomb maddələri ilə şekillendirmək mümkündür.

Bədən şəkilləndirmə əməliyyatlarında Liposuction (yağ alma) olunurmu?

Doğum sonrası bədənin bəzi bölgələri həddindən artıq yağlanır və ya öncədən var olan yağlanma itməz. Qarın, bel, omba, joker bölgəsi, diz iç qisimi xüsusilə yağlanmağa uyğun olan və ən son əriməyə başlayan bölgələrdir. Ciddi idman belə nəticə verməz və hətta maddələr mübadiləsini belə poza bilər. Bədən şəkilləndirmə əməliyyatında istifadə olunan Liposuction (yağ alma) ilə gözəl nəticələr alına bilir..

Liposuction (yağ alma) əməliyyatında nə edilir?

Yağ alma əməliyyatı bir zəifləmə metodu olmamaqla birlikdə kontur düzəltmə əməliyyatıdır. Yağ alınarkən eyni zamanda bədənin xəttləri formalaşdırılır. Şəkilləndirmə əməliyyatı üçün mənfi təzyiqli bir vakuum istifadə olunur.

Bədən şəkilləndirmə əməliyyatında hansı anesteziya istifadə edilir?

Kombinə əməliyyatlarda mütləq ümumi anesteziya tətbiq olunmalıdır.

Bədən şəkilləndirmə əməliyyatı sonrası xəstəxanada qalmağa ehtiyac varmı?

1 və ya 2 gecə xəstəxanada qalmaq məsləhət görülür.
 
abdominal-liposuction9-2
abdominal-liposuction-4-2

Bədən şəkilləndirmə əməliyyatı sonrası xəstələr nə zaman normal həyata başlaya bilərlər?

Evə yazıldıqdan sonra 1 həftə evdə istirahət etmək lazımdır. Ümumiyyətlə 15 gündən sonra normal həyata dönmək mümkündür.

Bədən şəkilləndirmə əməliyyatı sonrası nə zaman idmana başlamaq olar?

15 gün sonra gəzintiyə başlanır. 6 həftə ağır idmandan qaçınmaq məsləhətdir.

Bədən şəkilləndirmə əməliyyatı nə qədər sürər?

Bu əməliyyatlar, xəstədə olunacaq əməliyyatın planına görə 4-7 saat davam edən əməliyyatlardır.

Bədən şəkilləndirmə əməliyyatını kimlərə oluna bilər?

Xüsusilə çox kilo aldıqdan sonra qarını,süd vəziləri, ayaqları və ya qolları sallanmış, bədənində həddindən artıq piylənməsi olan,diabeti olmayan, ürək və ağciyərlərində problem olmayan xəstələrimizə bu əməliyyatı etmək mümkündür.
 

Liposuction əməliyyatı (yağ alma əməliyyatı):

Yağ alma olaraq da bilinən Liposuction əməliyyatı dəri səthinin dərhal altından yağ toxumasının vakkumla cərrahi olaraq alınması əməliyyatıdır. Bədənin hər hansı bir bölgəsində narahatlıq verən yağ çoxluğunu azaltmaqda istifadə edilər.
 
 
 
 

Liposuction əməliyyatı kilo vermək üçün istifadə edilə bilərmi?

Klassik məlumat olaraq, bu əməliyyat regional olaraq yağ çoxluqlarını azaltmağa doğru bir üsuldur, qismən təsirli bir kilo vermə üsuludur. Liposuction əməliyyatı kilo vermənin alternativi olaraq görülməməli, lakin pəhriz və məşqə cavab verməyən məhdud bölgədə olan yağ depolanmalarını alma üsuludur.
2
Ancaq günümüzdəki inkişaf etmiş anesteziya və əməliyyat texnologiyaları sayəsində, Prof Dr Murat Türegün, bir seansda 14 litrə çatan Meqaliposuction əməliyyatlarını da olduqca sıx olaraq etməkdədir. Bu miqdar Liposuction, xəstəyə 20-25 kq zəifləmiş görünüşünü verir.

Liposuction əməliyyatı üçün ən uyğun namizədlər kimdir?

Lokal olaraq depolanmış həddindən artıq yağlanmaları olan kəslərdə ən gözlə görülən nəticələr əldə edilməkdədir. Yüngül kilolu xəstələr Liposuction əməliyyatından daha çox fayda görə, normal kiloda və ya yaxınında olanlar üçün ən yaxşısıdır. Dərinin keyfiyyəti və elastikliyinin yaxşı olması, yağ alışı reallaşdıqdan sonra bollaşan dərinin yeni şəklinə uyğunlaşmasına təmin etməyə yardımçı olur. Liposuction əməliyyatı üçün qəti yaş həddi yoxdur, həkiminizə müraciət etmək tövsiyə edilir. Xəstənin eyni zamanda fiziki olaraq sağlam, psixoloji olaraq balanslı və proqnozlara real, həqiqi olması həkim tərəfindən uyğun görülür.

Vakumlanan yağlar istifadə edilə bilərmi?

Liposuction əməliyyatı əsnasında vakumlanan yağ toxuması lazım olsa yağ injection üçün istifadə edilə bilər.Bunun tətbiq edilməsi üçün xəstənin əməliyyat əvvəlində həkim ilə müzakirəsi uyğun olur çünki yağ hüceyrələrinin steril olaraq bəzi manipulyasiyalardan keçirilməsi lazımdır.
liposuction-what-you-need-to-know-2
 

Hansı hallarda əməliyyat olunmur?

Liposuction əməliyyatı ediləcək bölgədə xəstə yaxın zamanda bir əməliyyat keçirmişsə, o bölgədə qan dövranında pozğunluq varsa və ya xəstənin ağciyər və ya ürək narahatlığı varsa həkiminizə şübhəsiz bildirməli və əməliyyat təxirə salınmalıdır.
1-3

Liposuction əməliyyatı bədənin hansı bölgələrinə tətbiq edilir?

Yağ sorulması, bədənin bir çox fərqli bölgələrinə tətbiq oluna bilər. Yanaqlar, çənə, boyun, üst qollar və kişilərin üst sinə qisimləri; qarın, gövdə yan hissələri, ombalar, uyluklar və dizlər, qıç daxili və xarici hissələri (joker bölgə), baldır qisimləri və ayaq biləkləri kimi bölgələrdə istənməyən yağlar sorularaq çıxarıla bilər.

Boyun altında olan yağlar Liposuction əməliyyatı ilə aradan qaldırıla bilərmi?

Bəli, üstəlik çox qısa və asan olan bir əməliyyat olaraq olunur. Əgər çənə altındakı dəridə çox yağ varsa və çənə altı dərisi möhkəm isə, yalnız Vakum metodu ilə daha gözəl bucaqlı, formalı və gənc görünüş təmin edən çənə xətti yaradıla bilər. Əgər, boyun dərisi yumşaq və yerin cazibə qüvvəsinə məğlub düşüb sallaqsa, çox yağ olsa da, tək başına edilən Vakum əməliyyatı arzu edilən nəticəni əldə edə bilməz. Loose dərili xəstələrdə həkim ümumiyyətlə vakuumla yağ sorulma prosesi yerinə və ya ona əlavə olaraq bir üz və boyun gərmə təklif edə bilər.

Liposuction əməliyyat sonrası nə kimi problemlər meydana gələ bilər?

Əməliyyat üçün edilən kəsilər çox kiçikdir. Kəsilər yarım santimetr uzunluqda olub qalan izlər kiçikdir və demək olar ki müəyyən olmayacaq ölçüdədir. Əməliyyat edilən bölgədə dəridə torbalanma və dalğalanma və ya günəşə məruz qalma vəziyyəti söz mövzusu isə qalıcı ola pigmentasyon dəyişiklikləri (qəhvəyi ləkələr) nadir də olsa meydana gələ bilər. Çox rast gəlinməyən asimmetriya vəziyyətində (qeyri-bərabər kontur və ya forma) bəzən ikinci bir əməliyyat uyğun görülə bilər.
3-3
 
 
 
 
 

Hansı anesteziya istifadə olunmalıdır?

Liposuction əməliyyatı lokal anestezi və sedasyon altında edilə bilər. Xəstə qismən oyanıq olacaq lakin ağrı duymayacaktır. Əgər geniş bir sahədə əməliyyatın edilməsi planlaşdırılırsa və ya bir çox bölgədə ediləcəksə ümumi anestezi daha uyğundur. Bu vəziyyətdə xəstə əməliyyat boyunca yatacaqdır.

Liposuction əməliyyatı nə qədər sürər?

Əməliyyat 1-2 saat ərzində bitər, lakin vakum edilən sahənin böyüklüyü və miqdarına bağlı olaraq müddət yarım saatdan bir neçə saata qədər da uzana bilər.

Liposuction əməliyyatı necə baş verir?

Əməliyyatı başlamaq üçün, "cannula" adı verilən kiçik əmici balonları dəri içinə soxmaq məqsədi ilə çox kiçik bir insizyon (kəsi) həyata keçirilir. Kanyulun çöldə olan digər ucu isə güclü bir əmici maşına bağlanır. Doktor kanyulu dərinin altındakı yağ təbəqəsi içində hərəkət etdirərək yağı kəsər və əmilərək çölə çıxarar. Fərqli nöqtələrdən girilərək yağ alınan bölgə səthinin daha düzgün və hamar olması təmin edilir. Bəzən uyğun görülən yağ miqdarını çıxarmaq məqsədiylə əlavə kiçik insizyonlar etmək zərurəti ola bilər.

Liposuction əməliyyatı sonrası nələrə diqqət edilməlidir?

Ümumiyyətlə korset, vakuum ilə udma edilən bölgəyə giydirilerek qanama və şiş önlənər. Eyni zamanda dərinin yeni bədən xəttlərinə uyğun formalaşması təmin edilər. Korset, ayrıca xəstənin ağrılarını bir qədər azaldır və daha rahat hərəkət etməsini təmin edir. Korsetin həkimin qərarına görə bir ay müddətində davamlı olaraq geyilməsi lazımdır, sonralar yalnız gündüzləri geyilməsi həkim tərəfindən təklif edilə bilər. Infeksiya riskinə qarşılıq antibiotik təyin olunur.

Alınan yağlar kilo itkisi yaradırmı?

Liposuction əməliyyatı sonrası vakuumla alınan yağların meydana gətirəcəyi kilo itkisi dərhal gözlə görülməz. Əməliyyatın edildiyi bölgədə olan şiş və su tutulması(ödem)bunun başlıca səbəbidir.
 

Liposuction əməliyyatı sonrası nə zaman işə başlamaq olar?

Xəstələrin çoxu 2-3 gün içində ictimai həyatına və işinə belə dönə bilər, bəzilərində isə ağrılar ola bilər. Əslində işə nə zaman başlanacağını ən başda həkimin təklifləri istiqamətində nəzərə alınmalıdır. Edilən əməliyyatın böyüklüyü, xəstənin özünü necə hiss etməsi də əhəmiyyətlidirş.
7

Yaxşılaşma müddəti nə zaman tamamlanır?

Liposuction əməliyyatı sonrası 1-2 ay içində bütün şişlik və olan rəng dəyişikliklərin çoxu ortadan qalxarkən bəzən bir miqdar şişin itməsi 6 aya qədər uzana bilər. Doktor bu müddət içində xəstənin vəziyyətini izlər və əlavə bir cəhd lazım olub-olmadığını kontrol edər.

Liposuction əməliyyatı ilə alınan yağlar geri gəlirmi?

Əməliyyat olmuş xəstə yemək nizamına diqqət etsə, nizamlı olaraq idman etməyə davam etsə nəticələr qalıcı ola bilər. Əgər kilo alma vəziyyəti olarsa, yalnız köhnə konturlarda deyil, kilo alışı yəni yağlanılma bütün bədənə bərabər dağılacaq. Bir çox xəstə Liposuction əməliyyatı sonrası reallaşan nəticədən məmnun olur; yeni və dəyişik paltarlar içində özlərini çox daha rahat hiss edərlər.Yeni imiclərini qorumağa çalışarlar.
abstract-blue-hexagonal-shapes-background-2

Ayaq şəkilləndirmə əməliyyatı (Calf implant):

Ayaq şəkilləndirmə estetiki son zamanlarda tez-tez gündəmə gələn bir mövzudur. Ayaqlarda olan əyriliklər, topuq ətrafı və diz yanlarındakı yağlar və hətta ayağın həddindən artıq incə və ya qalın olması pəhriz ilə həll edilə biləcək problemlər deyil. Ətrafımızda yalnız bu səbəbdən bəzi qadınların etek paltarlar geymədiyi də bilinməkdədir. Ayaq şəkilləndirmə estetiki qadınların psixoloji vəziyyətlərinin də müsbət istiqamətə dəyişməkdədədir. Artıq könül rahatlığı ilə istədikləri etekləri geymə azadlığına sahib olacaqlar.
 
ax
5

Ayaq şəkilləndirmə estetikasında tətbiq olunan üsullar hansılardır?

Üsullar içərisində implant (calf implant), Liposuction və yağ injection tətbiq olunmaqdadır. Bu üsullar pasiyentə görə bəzən tək başına, bəzən də birlikdə tətbiq olunur.

Ayaq şəkilləndirmə estetiki hansı hallarda tətbiq edilir?

Diz altı bölgəsi ilə diz üstü bölgəsi arasında qalınlıq fərqi görülürsə, hər iki ayaq arasında qalınlıq və ya forma fərqi görünursə, ayaqlarda əyrilik söz mövzusu isə ayaq şəkilləndirmə estetiki bu cür çətinlikləri aradan qaldıra bilir.

Ayaq şəkilləndirmə estetikasında hansı implantlar istifadə olunur?

Bəzi ayaq şəkilləndirmə estetiki əməliyyatlarında daha yaxşı nəticə əldə etmək üçün həm Liposuction həm də implant (calf implant) tətbiqi birlikdə həyata keçirilir. Ayaq şəkilləndirmə estetikində istifadə olunan implantlar (calf implant) eynilə məmə böyütmə əməliyyatlarında istifadə olunan protezler kimi silikondan ibarətdir. Orqanizmə heç bir zərəri olmadığı kimi həyat boyu da bədəndə qala bilər.

Hansı anesteziya istifadə olunur?

Ayaq şəkilləndirmə estetik əməliyyatları spinal, epidural və ümumi anesteziya altında həyata keçirilir.
 

İmplant üsulu necə olunur?

Ayaq şəkilləndirmə əməliyyatlarında dizin arxa iç qisimində, tam diz arxasında olan dəri xəttlərinə bərabər gələn 3 smlik bir kəsik olunur. Təyin olunmuş bölgəyə daha əvvəldən hesablanmış olan cib yaradılır və implant yerləşdirilir.

Əməliyyat nə qədər davam edir?

Ayaq şəkilləndirmə estetiki əməliyyatı təxminən bir saat davam edir.
6-2

Əməliyyat sonrası nələrə diqqət edilməlidir?

Tikişlər gizli tikiş olduğundan alınması lazım deyil. Əməliyyat sonrası xəstələrin 2 həftə qədər varis corabı geyinməsi məsləhətdir. Ayaq şəkilləndirmə estetikindən sonra xəstələrin bir həftə evdə istirahət etməsi məsləhətdir.
 

Qarın Gərmə (Tummy Tuck):

Qarın gərmə əməliyyatı qarın bölgəsində narahatlıq verən sallanmaların götürülməsi ilə həyata keçirilir. Qadınların doğum sonrası ya da həddindən artıq kilo vermədən sonra köhnə halına dönməyən və sallanan qarın dərisi çıxarılır. Qarın gərmə əməliyyatlarında orta və alt qarının dərisi yağ toxuması ilə və sallanmış olan qisim ilə birlikdə çıxarılır. Əgər boşalmış və yanlara doğru açılmış əzələlər var isə tikiş köməyi ilə gerginleştirilir. Bu şəkildə qarında mövcud şişman görüntü də aradan qaldırılmış olur.
 
2-3
1-4

Qarın gərmə əməliyyatı sonrasında çapıq (yara izi) qalarmı?

Dəri əməliyyat zamanı yuxarıdan aşağı çəkildiyi üçün bikini bölgəsində qalan üfüqi istiqamətdə bir çapıq (yara izi) qalmaqdadır.

Qarın gərmə əməliyyatı doğum çatlaqlarını aradan qaldıra bilərlərmi?

Qarın dərisi yuxarıdan aşağı doğru çəkildiyi üçün göbək xəttinin altında qalan doğum çatlaqlıqları tamamilə götürülə bilir.

Qarın gərmə əməliyyatına ən uyğun namizəd kimlərdir?

Bədən ağırlıq dağılımına görə normala yaxın, edilən idman və pəhrizlərə baxmayaraq qarında qalan yağ və dəri artıqlıqlarından narahat olan kəslər uyğun namizəddir. Bir neçə doğumdan sonra qarın dərisində boşalma və sallanma meydana gəlir və dəri elastikliyini itirərsə qarın gərmə əməliyyatı tövsiyə edilir.

Qarın gərmə əməliyyatı sonrası hamilə qalmaq olarmı?

Bu əməliyyat boşalmış və sallanan dərinin çəkilməsi ilə həyata keçirilir və bu səbəbdən hamilə qalmaq məsləhət görülmür. Təkrar uşaq sahibi olmaq istəyən qadınlar qarın gərmə əməliyyatı qərarı vermədən əvvəl həkiminə bu mövzunu açması məsləhətdir.

Qarın gərmə əməliyyatı sonrası necə bir nəticə gözlənilməlidir?

Əməliyyat sonrası fiziki görünüş bir neçə gün içində dəyişməyə başlayacaq. Bədənin şişi yatdıqdan sonra yeni bədən xəttləri ortaya çıxacaq və nəticəni böyük sevinclə görmüş olacaq.
 

Qarın gərmə əməliyyatının fəsadları varmı?

Təcrübəli bir həkim ilə daha yaxşı nəticələr alına bilər, ancaq hər əməliyyatda olduğu kimi fəsad meydana gəlməsi mümkündür. Infeksiya və qanaxma kimi nadir problemlər ilə qarşılaşmaq olar. Siqaret çəkmək yara izinin sürətli yaxşılaşmasına maneə törətdiyi üçün siqaret içilmemesi tövsiyə edilir.

Xəstəyə hansı anesteziya tətbiq olunmalıdır?

Əməliyyat çətinlik dərəcəsinə görə 3-4 saat davam edə bilər. Əməliyyata başlamazdan əvvəl xəstəyə yüngül bir yuxugətirici olunur və sonra ümumi anesteziya tətbiq olunur.

Qarın gərmə əməliyyatı sonrası müddət nədir?

Əməliyyat sonrası qarında bir neçə gün şiş, ağrı və gərginlik hiss edilə bilər. Həkiminiz buna qarşı ağrı kəsici tövsiyə edə bilər. Xəstə erkən dövrlərdə gəzməsi üçün qaldırılır. Tikişlərin çoxu gizli tikiş olduğu üçün alınmasına ehtiyac yoxdur. Sarğılar deyişdirildikdən sonra xəstəyə korset geydirilər. Bu korset 1-1,5 ay geyilməsi tövsiyə edilir.
3-4
4-3

Qarın gərmə əməliyyatı sonrası nə zaman normal həyata başlamaq olar?

Əməliyyat olan xəstələrin bəziləri 2 həftə kimi bir müddət sonra işinə başlaya bilir. Yaxşılaşmanın tamamlanması bir neçə həftə çəkə bilər. Qarın bölgəsində olan tikiş izləri diqqətə çarpan bir tündləşmədən sonra solmağa başlayır və daha az bilinir. Doktor kontrolu ilə qarın əzələlərini işlədəcək yüngül məşq tövsiyə edilir.
 
 
2024-09-10
Bədən Estetiği
Tibbi

Şərhlər və suallar

- Sizin e-poçt ünvanınız dərc olunmayacaq.. - Tələb olunan sahələr qeyd olunub *
WhatsApp Button