kosmetik-plastik-cərrahiyyə

Kosmetik plastik cərrahiyyə

September 10, 2024 Yeniləmə tarixi

Estetik, Plastik və Rekonstruktiv Cərrahiyyə:

Plastik cərrahi, estetik və rekonstruktiv cərrahi (bərpa cərrahisi) ilə əlaqədardır. Kosmetik cərrahi normal bədən strukturunu yenidən formalaşdıraraq insanın görünüşünü və özünü qavrayışını inkişaf etdirir. Rekonstruktiv cərrahi isə doğuşdan ya da sonradan ortaya çıxan səbəblərlə meydana gəlmiş normal olmayan bədən strukturları üzərində tətbiq edilir və birinci məqsədi bədən strukturlarının funksiyalarını mümkün olduğu qədər geri gətirməkdir.
 

Estetik Cərrahi

Xarici görünüş müasir həyatda vacib bir ünsür halına gəlmişdir; və bu səbəblə günümüzdə insanlar sadəcə ruhi olaraq deyil, xarici görünüşləri ilə də özlərini yaxşı hiss etmək istəməkdədirlər. Estetik cərrahi xoşa getməyən bədən strukturlarını yenidən formalaşdıraraq insanın görünüşünü və özünə baxışını inkişaf edə bilər.
2
cosmetic-2-2
İnsan sosial bir varlıqdır və insanın özünə baxışı sosial münasibətlərinə və bütün həyatınə birbaşa təsir göstərir. Özünə baxışın yaxşı istiqamətdə dəyişməsi insanın sadəcə cəmiyyət içində deyil, yalnız başına olduqda da daha çox özü ilə barışıq, xoşbəxt və özünə inamlı olmasını təmin edir. Özünə baxışından məmnun olan insanlar işlərində daha səmərəli olur, münasibətlərində özlərini etibarlı və dəyərli hiss edərək digər insanlara daha müsbət yaxınlaşır. Nəticədə, insanın özü, ətraf mühiti və həyatla olan münasibəti daha sağlam və səmərəli olacaqdır. Gözəllik zaman və məkan ilə dəyişən şərti bir qavrayışdır. Estetik cərrahinin lazımi olub olmamağı o insanın öz qərarıdır. Estetik cərrahlar bu mərhələdə öz elmi yığım və təcrübələrini ortaya qoyaraq insanı məlumatlandırır, məntiqli və əldə edilə bilən bir alternativə istiqamətləndirirlər.
 

kosmetik plastik cərrahiyyə qiymetleri iran'da TebMedTourism Şirkətində

 
cost-2
 
[table id=39 /]
 
3-5
5-2

Rekonstruktiv cərrahi (bərpa cərrahisi)

doğuşdan gələn anormallıqlar, inkişaf anomaliyaları, qəza nəticəsindəki yaralanmalar, infeksiyalar, şişlər (xoşxassəli və bədxassəli) və digər xəstəliklər nəticəsində əmələ gələn zədələnmiş bədən qisimlərinə tətbiq edilir. Burada əldə ediləcək görünüşə diqqət edilsə də əsil məqsəd, yaralanmış və funksiyalarını itirmiş bədən qisimlərinə yenidən funksiya qazandırmaqdır. Rekonstruktiv cərrahi özü-özünə yaxşılaşması mümkün olmayan; ya da özü-özünə yaxşılaşdıqda tam yaxşılaşmayan və işləməsi mümkün olmayan orqanları – bədən qisimlərini bərpa edir və funksiyalarını geri qaytarır.
 

Tez tez tətbiq edilən estetik, plastik və rekonstruktiv cərrahi əməliyyatlar:

Estetik - Kosmetik Əməliyyatların Tətbiq Sahələri:

  • Burundakı forma qüsurları
  • Üz sümüklərindəki forma qüsurları
  • Çənə sümüyündəki forma qüsurları
  • Qarın və ayaqlarda, qollarda həddindən artıq piylənmə, piy yığımındakı nizamsızlıqlar
  • Məmə nisbətsizlikləri (böyüklük-kiçiklik) və məmədə sallanmalar
  • Dəri problemləri: qırışlar, istənməyən ləkə və tatuirovka, izlər
  • Üzdə yaşlanma: üz-boyun dərisinin və əzələlərinin sallanması, qırışma
  • Alt-üst göz qapağında sallanmalar
abstract-blue-hexagonal-shapes-background-4

Doğuşdan Gələn Əskikliklər Və İnkişaf Anormallıqlarının Bərpası:

  • Doğum ləkələri, xallar, hemangiomlar
  • Anormal məmə inkişafı
  • Dodaq-damaq yarıqları
  • Əl, barmaq və qol anomaliyaları
  • Üz, üz sümükləri və qafatasında anormallıqlar
  • Geniş qulaq və digər qulaq anomaliyaları
  • Qadın və kişi uro-genital sistemdə inkişaf anomaliyaları

Travma Və Xəstəliklər Səbəbi İlə Sonradan İnkişaf Edən Anormallıqların Bərpası:

  • Kəsiklər, yara izləri
  • Yanıqlar və yanıq zədələrinin müalicəsi
  • Yumşaq toxuma yaralanmaları
  • Baş, boyun, gövdə və əl-ayaqlarda xərçəng cərrahisi və bərpası
  • Xərçəng ya da yaralanmalardan sonra əmələ gələn məmə itkiləri, forma qüsurları
  • Yaxşılaşmayan yaralar, yataq qaraları,
  • Təcili barmaq, əl və qol yaralanmaları, itkiləri
  • Çənə yaralanmaları, qırıqları, çənədəki oynaq qüsurları
  • Üz sümüyündə qırıqlar, üz yaralanmaları, üz iflicləri
  • Göz qapağının yaralanmaları ya da görməyi əngəlləyən qüsurları
  • Qəzalardan sonra meydana gəlmiş hər cür yumşaq toxuma əskiklikləri
 

Estetik Cərrahiyə:

Burun Estetikası - Rinoplastiya

Yerinə yetirilən cərrahi əməliyyat: Burunun kiçildilib ya da böyüdülərək yenidən formalaşdırılması. Kiçik donqarın (çıxıqlığın) götürülməsi, burun deşiklərinin daraldılması və burun ucunun incəldilib formalaşdırılması. Eyni zamanda var olan septum əyriliklərinin (deviasiya) düzəldilməsi.
  • Əməliyyat müddəti: 1-3 saat
  • Anesteziya şərtləri: Ümumi anesteziya
  • Xəstəxanada qalış: 0 - 1 gün
  • Mümkün rahatsızlıqları: Göz ətrafında şişliklər, qançırlar, keçici baş ağrısı, ilk 2 gün kiçik sızıntılar.
  • Riskləri: Reviziya tələb edə biləcək nizamsızlıqlar
Düzəlmə periodu:
adobestock_110383551-1
Əməliyyatdan sonra 48 saat burunda tampon vardır, ilk 1 həftə burun gipsi və ikinci həftədə da burun binti istifadə edilir.
  • İşə dönüş: 1-2 həftə sonra,
  • Ağır məşqlər: 2-3 həftə sonra,
  • Eynək taxmama-zərbələrdən qorunma 8 həftə,
  • Şişliklərin tamamən itməsi: 2 ay,
  • Burnun dəyişməyəcək son halını alması: 1 il.
rhinoplasty-before-after
 

Yağ əmmə - liposaksiya:

Yerinə yetirilən cərrahi əməliyyat: İdmana və pəhrizə müqavimət göstərən artıq piy toxumalarının əmilərək bədənin formalaşdırılması. Ən tez tez tətbiq edilən qisimlər: bud, qarın və ətrafı, qıçlar, qollar, boyun-çənə altıdır.
99
  • Əməliyyat müddəti : Ümumiyyətlə 1- 2 saat, bəzən 3 saat
  • Anesteziya şərtləri: Ümumi anesteziya, lokal ya da epidural anesteziya
  • Xəstəxanada qalış: Ümumiyyətlə qalınmır ya da 1 gün
  • Mümkün rahatsızlıqları: Keçici qançırlar, şişmə, həssaslıq, ya da hissizləşmələr
  • Riskləri: Asimmetriya, dəridəki nizamsızlıqlar, çox miqdarda maye verilməsi ya da çox miqdarda maye itirilməsi
3-4
Düzəlmə periodu: Düzəlmə periodu: yağ əmilən hissənin ölçülərinə görə dəyişən şəkillərdə korset geyilir.
  • İşə dönüş: 1-2 həftə,
  • Ağır məşqlər: 3-4 həftə,
  • Şişlik və qançırların tamamən itməsi: 1-6 ay,
  • Pəhriz və idman proqramları tətbiq edilməlidir.
 

Üz gərmə / alın gərmə - face lift/ browlift:

Yerinə Yetirilən Cərrahi Əməliyyat: Üz-boyun və alın hissəsindəki sallanmış-qırışmış dərinin və artıq piy toxumalarının alınıb, əzələlər və dərinin çəkilərək üzün gərilməsi, gəncləşdirilməsi.
  • Əməliyyat müddəti: 3 saat, lazım olan miqdara görə daha qısa ya da uzun ola bilər: 2-4 saat
  • Anesteziya şərtləri: Ümumi anesteziya, zonaya bağlı tətbiqlər üçün yatışdırma altında lokal anesteziya
  • Xəstəxanada kalış: 1-2 gün, Alın gərmədə: 0-1 gün
  • Mümkün rahatsızlıqları: Keçici şişlik və qançırlar, dəridə həssaslıq ya da hissizlik və keçici bir gərginlik hissi. Dəridə qurumalar.
  • Riskləri: Üz əsəblərinin zədələnməsi: sıxlıqla şişliyə bağlı keçici olaraq və nadirən de zədəyə bağlı qalıcı olaraq. Alında asimmetriya.
correction-of-wrinkles-on-half-face-2
eyelid-2
Düzəlmə periodu:
  • İşə dönüş: 14-20 gün,
  • Ağır məşqlər: 2 həftə,
  • Qançırların keçməsi: 2-3 həftə,
  • Günəşdən qorunma: 4-6 ay
 

Məmə Böyütmə - Məmə Auqmentasiyası-Mammoplasty

Yerinə Yetirilən Cərrahi Əməliyyat: Döşlərin ölçü və formalarının müxtəlif növdə məmə protezləri ilə gözəlləşdirilməsi.
96
  • Əməliyyat müddəti: 40 dəqiqə-2 saat
  • Anesteziya şərtləri: Ümumi anesteziya ya da yatışdırma altında lokal anesteziya
  • Xəstəxanada qalış: Ümumiyyətlə lazım olmur, 0-1 gün
  • Mümkün rahatsızlıqları: Keçici sızı, şişlik, məmə ucunun hissində keçici olaraq azalma. Məmədə bir neçə həftə toxunmaya qarşı həssaslıq.
  • Riskləri: Məmənin içindəki protezin ətrafında sərt bir örtük əmələ gəlməsi (kapsula kontrakturası), qanaxma və infeksiya kimi ümumi cərrahi risklər, məmə ucunun hissiyyatında artma ya da azalma, daha sonrakı mammoqrafiyalarda sahəsində təcrübəli bir radioloqun tələb olunması.
Düzəlmə periodu:
  • İşə dönüş: 1-3 gün,
  • Döşlərə fiziki təmas 2-3 həftədir, telsiz sportçu lifçikləri geyilir,
  • İzlərin solması: 2-4 ay
97
 

Məmə Çəkmə - Mastopeksiya

Yerinə Yetirilən Cərrahi Əməliyyat: Sallanan döşlərin və məmə ucunun dikləşdirilib formalaşdırılması.
Düzəlmə periodu: Əməliyyatdan sonra tikiş yerlərində yaxşılaşma tamamlanmasına qədər bint və lifçik geyilir.
  • İşə dönüş: 1-2 həftə,
  • Ağır məşqlər: 1 ay,
  • İzlərin solması: bir neçə ay - 1 il
breast-reduction-header
breast_reduction_type_a_2018
  • Əməliyyat müddəti: 1- 3 saat
  • Anesteziya şərtləri: Ümumi anesteziya ya da çox nadir əməliyyatlarda yatışdırma altında lokal anesteziya
  • Xəstəxanada qalış: Ümumiyyətlə 1 gün, kiçik əməliyyatlarda qalış yoxdur.
  • Mümkün rahatsızlıqları: Keçici qançırlar, şişmə, dəridə hissizləşmə-keçici quruma, əməliyyat izləri
  • Riskləri: İzlərin aşkar olması, infeksiya, dəri zədələri, məmə uclarının asimmetriyası, dəridə his itkisi
 

Göz qapaqları estetik cərrahisi - blefaroplastiya:

Yerinə Yetirilən Cərrahi Əməliyyat: Üst və alt göz qapaqlarındakı sallanma və torbalanmaların, artıq dəri-yağ və əzələlərin alınaraq ortadan qaldırılması.
  • Əməliyyat müddəti: 30 dəqiqə - 2 saat; üst, alt və üst + alt göz qapağına tətbiq edilməsinə görə dəyişməkdədir.
  • Anesteziya şərtləri: Ümumi anesteziya ya da yatışdırma altında lokal anesteziya
  • Xəstəxanada qalış: Qalınmır, keçici olaraq bir müddət təqib edilir ya da 1 gün.
  • Mümkün rahatsızlıqları: Keçici gərginlik hissi və qançırlar, göz qurumaları ya da yaşlanmaları, gözlərdə keçici qaşınma
  • Riskləri: Qanaxma ( 2 həftə qabaqdan qanaxmanı artıracaq dərmanların içilməsi dayandırılmalıdır), infeksiya, nadirən alt qapaqda çəkintilər
Düzəlmə periodu:
  • İşə dönüş: 7-10 gün,
  • Oxuma: 3. gün,
  • Kontakt linza istifadəsi: 2-ci həftə,
  • Qançırların tamamən itməsi: 2 həftə
blepharoplasty-eyelift-width-750-2
plasma-non-surgical-eye-lift-blepharoplasty-2-2
 
nose-surgery

Dodaq - Damaq Yarıqları

Rekonstruktiv və Estetik Problemləri ilə Doğuşdan Gələn bir Anomaliya. Dodaq-damaq yarıqları hər 600 - 800 doğumda 1 sıxlıqla görülən doğuşdan gələn bir anormallıqdır. Bu yarıqlar tək tərəfli, iki tərəfli, tam ya da qismi ola bilərlər. Bu anormallıqla qarşılaşan ailə, mövzu haqqında ətraflı məlumatı olmadığından ötrü ümumiyyətlə dərin bir xəyal qırıqlığı və qorxu yaşayırlar. Halbuki günümüzdəki müxtəlif tibb sahələrinin iştirakı ilə bir briqada çalışması aparılaraq bu uşaqların müalicələri və tamamən normal bir insan olaraq həyatlarına davam etmələri mümkündür. Dodaq-damaq yarıqlarının müalicəsində vəzifə alacaq mütəxəssislər: Plastik cərrah, Uşaq doktoru, Diş doktoru, Qulaq burun boğaz mütəxəssisi, danışma terapisti, Psixiatr və Genetika mütəxəssisidir.
 

Çənə Şəkilləndirmə əməliyyatları

Çənə forma qüsurlarında ortaq xüsusiyyət, maloklüzyon yəni dişlərin bağlanmasının tam olmamasıdır. Normalda alt və üst dişlər bir-birləriylə təmas halında və üst çənənin ön dişləri alt dişlərə görə çox az öndədir. Oklüzyon pozulduğu zaman , dişlər arasındakı təmas da pozular və aralarında bir açıqlıq meydana gələr. Bu açıqlıq məsafəsi artdıqca forma qüsurunun ağırlıq dərəcəsi də artır. Bu açıqlıq eyni zamanda yumşaq toxumalara və üzün şəklinə də təsir edərək estetik olamyan görüntüyə səbəb olur. Deformasiyaların müalicəsində cərrahi yanaşma dişlərin normal mövqelərinə, bir-birləriylə təmas edəcək şəklə gətirilməsinə yəni normal oklüzyonun təmin edilməsinə yönəlmişdir. Xüsusilə ön alt və üst dişlərin arasının açıq olması kəsici dişlərin funksiyasını pozur və xəstə yemək yeyərkən kəsici dişlərini istifadə edə bilmir.
chin-and-cheek-implants-2
abstract-blue-hexagonal-shapes-background-3
Oklüzyon pozuqluğunun meydana gəlməsində əsas səbəb alt çənəyə, üst çənəyə və ya hər ikisinə bağlı ortaya çıxa bilər. Çənə normaldan daha az inkişaf edərək kiçik ölçüdə ola bilər ki bu vəziyyətə retrogeni adı verilir. Bunun tam tərsi olan vəziyyətdə isə çənə normaldan daha çox inkişaf edərək önə doğru çıxar. Buna isə prognati deyilir.Əsas səbəbin nə olduğunun müəyyən olunması üçün "sefalometrik analiz" deyilən bir araşdırmanın tətbiq olunması lazımdır. Bu araşdırmada baş və üz sümüklərinin bucaq əlaqələri analız olunaraq normadan nə qədər kənara cıxdığı hesablanır. Bunun nəticəsində anormal vəziyyətin üst çənəyəmi, alt çənəyəmi, ya da hər ikisinəmi aid olduğu müəyyənləşdirilir. Sefalometrik analiz xaricində çənə sümük strukturlarının yumşaq toxumasının xüsusiyyətləri də araşdırılır. Daha sonra alt və üst çənənin gips qəlibləri hazırlanaraq gips model üzərində hansı səviyyədə kəsik ediləcəyi planlaşdırılır. Bu planlamadan sonra qərar verilir və xəstə ilə görüşülərək əməliyyatın necə aparılacağı izah olunur. İstərsə üst çənə, istərsə də alt çənə əməliyyatından əvvəl ağız içindən ediləcək kəsiklər seçim edilir. Ancaq bəzi hallarda xaricdən kəsik oluna bilər. Bu vəziyyətdə kəsiyin haradan ediləcəyi,nə qədər iz qalacağı,xəstə ilə görüşülərək ona izah edilməlidir. Əməliyyat metodları Yalnız dişlərin forma qüsurlarına bağlı maloklüzyon vəziyyətlərındə diş həkimi tərəfindən ortodontik müalicə tətbiq olunaraq dişlərin oklüzyonu korreksiya oluna bilər. Mikrognati yəni çənənin normaldan kiçik olması vəziyyətində isə çənə sümüyü uyğun yerlərdən kəsilərək önə doğru gətirilir və əmələ gələn deferktə isə bədənin başqa yerlərindən alınan sümük toxuması nəql olunur. Çənənin həddindən artıq böyüməsi prognati vəziyyətində isə uyğun yerlərdən sümük toxuması kəsilərək çənə geriyə doğru daşınır.
chin-augmentation-genioplasty-1024x890-2
beautiful-woman-cares-for-the-neck-2
chin-protez-implants22-2
 

Dodaq damaq yarıqlı uşaqlarda görülən problemlər və həlləri:

Bəslənmə-böyümə və inkişaf:

Damaq yarığı var isə, yarıqdan ötrü ağız içində kifayət qədər əmmə təzyiqi meydana gələ bilməyəcəyindən ötrü bu uşaqlarda əmmə çətinliyi və buna bağlı da bəslənmə əskikliyi görülür. Əmmə çətinliyi olan bu uşaqlarda udma refleksi vardır; uyğun pozisiyada , uyğun qida ilə və texnikasına uyğun bəslənirlərsə bu bəslənmə çətinliyindən təsirlənmirlər. Bununla birlikdə, doğru bəslənmə təlimini alan ailələrin bəbəklərində qidaların tənəffüs yollarına qaçması daha nadir olacağından, tənəffüs yolları infeksiyaları da daha az görülməkdədir. Uşaq doktoru tərəfindən bəslənmə yaxşı kontrol edilərsə, plastik cərrahinin əməliyyat təqviminə uyğun kilo və inkişaf təmin edilə bilər. Bu məqsədlə, əvvəlcə diş həkimi tərəfindən, əməliyyat olacağı zamana qədər damaq yarığını bağlamağa yarayan "obturator" adlı bir damaq protezi doğumdan sonra dərhal hazırlanır və istifadə edilməyə başlanır. Bu protez uşağın əmməsini mümkün hala gətirir. Vacib qeyd: Bu uşaqlar damaq yarığı səbəbi ilə tez tez üst tənəffüs yolları infeksiyasına məruz qalırlar; ancaq hər zaman xatırlanmalıdır ki, damaq bərpası həyata keçirilənə qədər "badamcıq vəzisi əməliyyatı" aparılmamalıdır.

Dodaq damaq yarığının bərpası:

Doğuşdan sonra davamlı olaraq izlənən bu uşaqlar kifayət qədər kilo və inkişafa çatdıqda həm dodaqdakı yarıq-forma qüsurları həm də damaqdakı yarıq Plastik Cərrahi tərəfindən 1-1,5 saatlıq bir əməliyyatla asanlıqla bərpa edilir. Ümumiyyətlə dodaq yarığı 3-6-cı aylarda və damaq yarığı isə 15-18-ci aylarda əməliyyat edilir.

Orta qulaq xəstəlikləri - eşitmə:

Damaq yarığı səbəbi ilə orta qulaq ilə damaq arasındakı əlaqənin pozulduğu bu uşaqlarda, "seroz otit" adı verilən orta qulaq iltihabının görülməsi çox sıxdır. Qulaq-burun-boğaz mütəxəssisi, damaq bərpasından qabaq uşağı müayinə edir və lazımi görərsə plastik cərrahın damağı bərpa edəcəyi seansda qulaq zərinə borucuq yerləşdirərək problemi ortadan qaldıra bilər.

Danışma:

Damaqda yerləşən yarıqdan ötrü danışmada vəzifəli əzələlərin tamlığı-hərəkətləri pozulmuş və danışmanı meydana gətirən "havanın ağzın içində həbs olunması" funksiyasını imkansız hala gətirmişdir. Bu uşaqların özlərinə məxsus bir "hım-hım" danışma şəkli vardır. Əməliyyatdan qabaq və sonra danışma terapiyaları, korlanan danışma qabiliyyətini normal hədlərə yaxın hala gətirə bilər
 
2024-09-10
Kosmetik plastik cərrahiyyə
Tibbi

Şərhlər və suallar

- Sizin e-poçt ünvanınız dərc olunmayacaq.. - Tələb olunan sahələr qeyd olunub *
WhatsApp Button