

Düyü
Düyü İran mətbəxində xüsusi yer tutur. Plovun çoxsaylı növlərindən əlavə, İranda düyü həm də qarnir kimi bütün yeməklərlə (hətta kababla da) bahəm ortaya verilə bilir. Bu halda düyünü süfrəyə həm ayrıca qabda, həm də əsas xörəklə bir qabda gətirə bilərlər. İranda hələ Səfəvilər dövründə saray mətbəxi düyü yeməkləri üzrə ixtisaslaşmışdı. Artıq XVI əsrin sonunda İranda “düyü mədəniyyəti” inkişaf edib, fars süfrəsinin əsas yeməyi oldu. Ölkənin digər hissələrində buğda şörəyi üstünlük təşkil etdiyi halda, Şimali İranda varlıların evində düyü əsas yeməyə çevrildi. İranlılar üzun düyüyə üstünlük verirlər. İran mətbəxində bir neçə düyü növündən gerde, domsia, champa, Tarom (Taromdan gətirilən), anbarbu və s. istifadə edilir. İran mətbəxi plovun müxtəlif növləri ilə zəngindir.


Plov və çilov:
Çilov – sadəcə, bişmiş düyüdür, süfrəyə ətin və ya kababın yanında qarnir kimi verilir, plov isə təkcə düyüdən ibarət olmayıb, əlavə olaraq qara ilə birlikdə bişirilən düyüdür, xörək növüdür. Bununla belə, istər plov, istərsə də çilov üçün düyü eyni üsulla bişirilir. Əvvəlcə düyü duzlu suda isladılır, sonra qaynadılır. Bişmiş düyünü (çilov adlanır) süzür, sonra buxarda (buğda) bişmib hazır olmaq üçün yenidən qazana qaytarıb tökürlər. Bu metod son dərəcədə yüngül, yumşaq, dənələri”dən-dən duran”, bir-birinə yapışmayan düyü xörəyi əldə etmək ilə nəticələnir. Nazik çörək qatı (lavaş) və ya kartof layından istifadə eərək qazanın dibində Tadig adlanan qızılı rəngində qazmaq hazırlanır. Çox vaxt tadig yalnız düyüdən hazırlanır. Bəzən ət, tərəvəz, qoz və meyvə laylar arası əlavə olunur və yaxud çilov ilə qarışdırılaraq buxarda bişirilir (dəmə qoyulur). Çilovu (süzüldükdən sonra) qazana qaytarılıb tökəndə qazanın altına verilən istilik azaldılır, qazanın içindəki buxarın artıq miqdarını özünə hopdurmaq üçün qazanın qapağının altına qalın parça və ya dəsmal qoyulur.
Kateh:
Düyü qazandakı su tam çəkilib quruyana kimi bişirilir. Bu, Gilan vilayətinin ənənəvi yeməyidir.


Dami:
Düyü, demək olar ki, elə eyniliklə kateh kimi hazırlanır, amma xörəyin digər, düyü ilə birlikdə bişirilə bilən, inqrediyentləri (məs., paxlalı bitkilər) bişirmə prosesinin lap əvvəlindən qazana əlavə olunur. Kateh bişdiyi müddətdə qazana verilən istilik minimuma endirilir (düyü və digər inqrediyentlər bişib hazır olan vaxta kimi). Xörəyi yandırmamaq və ötürməmək şərti ilə uzun müddət ocağın üstündə saxladıqda, dami və kateh qazmaq əmələ gətirir. Yoqurt, toyuq (və ya qoyun əti) və düyüdən ibarət olan, əlavə olaraq zəfərandan və yumurta sarısı qatılan Tah-çin daminin xüsusi növüdür.
Ət. Balıq
Geniş yayilmlş ət növləri — qoyun əti, quş əti, dana və mal ətidir. Bütün müsəlman ölkələrində olduğu kimi, İranda da donuz əti istifadə edilmir. Ətdən müxtəlif kabablar, fisincan, abquşt — lobya və tərəvəzlərlə bişirilmiş ət, quş əti və baliqdan ləvəngi hazırlanır. Baliq yeməkləri İranın şimal və cənub bölmələrində daha çox bişirilir, ölkənin digər bölmələrində baliq yeməkləri geniş yayılmayıb. Balığın bütün hissələri: kürüdən tutmuş, başına kimi, yemək üçün istifadə olunur.


Meyvə və tərəvəzlər
Badımcan, balqabaq, ispanaq, pomidor, xiyar, bibər, yaşıl lobya, paxla, soğan, sarımsaq və kök geniş yayılmış tərəvəzlərdir. İranda müxtəlif salatlarin, demək olar ki, əsasını badımcan təşkil edir. İranda çox yayılmış yemək növlərindən biri də — göyərti və yumurtadan hazırlanan, tavada bişirilən küküdür. Meyvələrdən əncir, citrus birkiləri, ərik, şaftalı, çirin və turş albalı, alma, armud, qaysı, gavalı, nar, üzüm və yemişin müxtəlif növlərini saymaq olar. Meyvə və tərəvəzləri ət və düyü ilə doldurub, müxtəlif dolmalar bişirirlər.
Desert
- Paxlava, İran üslubunda
- Meyvə qurusu
- Çərəz
- Səməni halvası (Novruz bayramında)
- Zəfəranlı nabat
- Nuqa (püstə ilə)

İçkilər
Bütün müsalman ölkələrində olduğu kimi, İranda da spirtli içkilər içilmir. Ən geniş yayılmış içki növü çaydır (xüsusən qara çay). Digər ənənəvi içki növü ayran və şərbətdir. Qızılgül ləçəklərinin suda islanması vasitəsilə alınan ətirli su – gül suyu da İran mətbəxi üçün ənənəvi olsa da, bu maye daha çox caya, şərbətə əlavə edilərək istifadə edilir. Gül suyu, eləcə də, yeməklərin hazırlanması zamanı istifadə olunur.

Ədviyyat
Ədviyyat (və ya chāshni) İran mətbəxində ərzaq məhsullarına ətir və dad vermək üçün istifadə olunan tünd tərəvəz və quru meyvələrin geniş sinfinə aiddir. Ənənəvi və ən geniş yayılmış İran ədviyyatlarından biri Crocus sativus gülündən alınan zəfərandır. Sarıkök, istiot, sumax, zirinc, darçın, ceviz də İran mətbəxi üçün ənənəvi olan, ölkədə geniş yayılmış ədviyyat növləridir. Eləcə də gül suyu bir çox ənənəvi İran yeməklərinin hazırlanmasında geniş istifadə olunan inqrediyentlərdən biridir. Golpar (Persian hogweed), İranın rütubətli dağlıq rayonlarında yabanı şəkildə bitir, müxtəlif şorba və raqularda ədviyyat kimi istifadə olunur. Golpar eləcə də, üzüm sirkəsi ilə qarışdırılır, yeməkdən əvvəl salatın yarpaqlarını ona batırırlar

