Təbriz, İslam Ölkələrinin Turizm Paytaxtı
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Turizm Nazirlərinin Niger Respublikasının paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransının 9-cu sessiyasında Təbriz (İran) şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib.Tədbirdə çıxış edən İƏT-in baş katibi İyad Əmin Mədəni təşkilata üzv dövlətlərdə turizm sektorunun daha da inkişaf etdirilməsinin zəruriliyindən danışıb, qeyd edib ki, üzv ölkələr 2017-cü ildə 147 milyon turist qəbul ediblər ki, bu da ötən illərlə müqayisədə çoxdur. Əldə edilən gəlirdə isə 20 milyard artım qeydə alınıb. Təbriz şəhəri islam ölkəri arasında turizm baxımından önəmli bir yer tutur. Təbriz İranın 7 böyük tarixi, mədəni və sənət şəhərlərindən biri olmaqla yanaşı, Şərqi Azərbaycan vilayətinin mərkəzidir.

Əlgölü
Əlgölü və ya sonrakı adıyla Şahgölü — Təbriz şəhərində milli park və parkın adını daşıdığı böyük göl. Bu parkın tarixi İranda Qacar dövründən başlayır.

Təbriz bazarı
Təbriz bazarı — Təbriz şəhərinin mərkəzində yerləşən, dünyanın ən böyük bazarlarından biri olan bu bazar UNESCO-nun dünya mirası siyahısına salınmışdır. Ehtimallara görə, Təbriz bazarı eramızın 4-cü əsrində tikilib. Təbriz bazarı 15 kv.metr ərazini əhatə edir. İrili-xırdalı bazarda 5 min dükan və ticarət mərkəzi var. Bazardakı dalan, karvansara, rasta (bir neçə kiçik bazarın qovşağı) və s. yerləşdiyi ərazinin uzunluğu isə 5 km-dir. Bazarda 19 timçə (eyni məhsulu və malı satan kiçik dükan), 8 dalan, 22 rastabazar, 22 karvansara və s. yerləşir.
Azərbaycan muzeyi
Azərbaycan muzeyi — müasir İranın şimal-qərbində ən böyük arxeologiya muzeyidir. Muzey Təbrizdəki Xaqani parkı və Göy məscidyaxınlığında yerləşir. 1958-ci ilin aprel ayında yaradılmışdır. Muzey 3 böyük zaldan, həyətyani ərazidən, ofis otaqlarından və kitabxanadan ibarətdir. Muzeydə əsasən Cənubi Azərbaycan ərazisində aparılmış qazıntılardan aşkar edilmiş tapıntılar, incəsənət nümunələri və heykəllər nümayiş etdirilir. Muzeyin kitabxanasında əlyazma və çap formasında olmaqla 2500-dən çox kitab saxlanılır. Kitabların əksəriyyəti tarix, arxeologiya, incəsənət və İran mədəniyyəti haqqındadır. Azərbaycan muzeyində İran tarixinin müxtəlif dövrləri haqqında olan kitabların sayı təkcə İran Milli Muzeyində qorunan kitabların sayından geri qalır.
Şüəra məqbərəsi
Şüəra məqbərəsi — və ya Şairlər məqbərəsi Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biridir. Burada məşhur Azərbaycan yazıçılarının qəbri yerləşir. Şüəra məqbərəsi 2009 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycana aid videoçarxda Azərbaycanın simvollarından biri kimi göstərilmişdir. Şairlər məqbərəsi Təbrizin qədim Surxab məhəlləsində yerləşir. Məzarlığının adı XIII əsrə qədər məlum olan heç bir mənbədə çəkilmir. Məzarlıq haqqında ilk dəfə Elxanilər dövlətinin dövründə yaşamış şair, tarixçi, çoğrafiyaçı Həmdullah Qəzvininin “Nüzhətül-qülub” (“Ürəklərin əyləncəsi”) kitabında bəhs olunur.
Əmir Nizam evi
Əmir Nizam evi-Bu muzey Təbrizin Şeşgilan məhəlləsindədir. Qacar türk şahlıq sülaləsi dövründə Təbrizin bu məhəlləsində çoxlu gözəl və tarixi binalar inşa edilmişdir. Əmir Nizam Gəruslu binası da bu görkəmli binalardandır. Hazırda Qacar muzeyi kimi istifadəyə verilən bu bina Nasirəddin şah Qacar dövründə və Əmir Nizam Gərusinin xidməti zamanı tikilmişdir. Qaynaqlara əsasən bu bina o tarixdən Qacar dövrünün sonunadək Azərbaycan əyalətinin valilik binası kimi istifadə edilmişdir. Bina (1385-2007) uzun və yorucu təmir fasiləsindən sonra təmir edilmişdir. Qacar muzeyi kimi istifadəyə verilməsinin səbəbi Təbriz şəhərinin Darolsəltənə (sultanlıq divanı) olması və Tehrandan sonra ən önəmli şəhəri olmasıdır. Qacar sülaləsinin başlanğıcından və Abbas Mirza vəliəhd olan zamandan bəri Təbriz şəhəri vəliəhdlərin iqamətgahı idi.