پلو

İran mətbəxi

İran mətbəxi (həmçinin Fars mətbəxi adı ilə də tanınır) İranın qida ənənələri, ərzaq məhsulları və onların hazırlanma üsullarını əhatə edir.

İran kulinariya üslubları qonşu regionların, o cümlədən Qafqaz mətbəxi, Türk mətbəxi, Levantin mətbəxi, yunan mətbəxi, Orta Asiya mətbəxi və Rusiya mətbəxi ilə tarixi qarşılıqlı əlaqələrə malikdir.

İranın əsas tipik yeməkləri düyünün ət (qoyun, toyuq və ya balıq), tərəvəz (soğan və müxtəlif göyərtilər) və qoz ilə birlikdə hazırlandığı yeməklərdir. Təzə göyərtilər, eləcə də ərik, nar, heyva, gavalı, ərik və üzüm kimi meyvələr tez-tez istifadə olunur. Zəfəran, qurudulmuş laym, darçın, sarıkök və cəfəri kimi ədvaları qarışdırılır və bəzi xüsusi yeməklərin hazırlanmasında istifadə olunur.

2238
l

İran mətbəxi iranlıların yaşadığı bir çox xarici şəhərlərdə də: London, Los-Anceles, Vaşinqton, Kolumbiya, Vankuver və Toronto kimi çoxmillətli şəhərlərdə də getdikcə populyarlaşır . Xüsusilə Los-Anceles və onun ətrafı İran mətbəxinə məxsus, əsasən kabab olmaqla, bir sıra ət yeməkləri və digər ənənəvi yeməklər təklif edən İran restoranlarının sayı və keyfiyyəti ilə məşhurdur.

[ra_section_title style=”numerical” title=”Əsas ərzaq növləri”]İran mətbəxi[/ra_section_title]

Düyü

Düyü İran mətbəxində xüsusi yer tutur. Plovun çoxsaylı növlərindən əlavə, İranda düyü həm də qarnir kimi bütün yeməklərlə (hətta kababla da) bahəm ortaya verilə bilir. Bu halda düyünü süfrəyə həm ayrıca qabda, həm də əsas xörəklə bir qabda gətirə bilərlər.

İranda hələ Səfəvilər dövründə saray mətbəxi düyü yeməkləri üzrə ixtisaslaşmışdı. Artıq XVI əsrin sonunda İranda “düyü mədəniyyəti” inkişaf edib, fars süfrəsinin əsas yeməyi oldu. Ölkənin digər hissələrində buğda şörəyi üstünlük təşkil etdiyi halda, Şimali İranda varlıların evində düyü əsas yeməyə çevrildi. İranlılar üzun düyüyə üstünlük verirlər. İran mətbəxində bir neçə düyü növündən gerde, domsia, champa, Tarom (Taromdan gətirilən), anbarbu və s. istifadə edilir. İran mətbəxi plovun müxtəlif növləri ilə zəngindir.

216831 649

İranda düyü əsasən 3 texnologiya üzrə hazırlanır

polo 2

Plov və çilov:

Çilov – sadəcə, bişmiş düyüdür, süfrəyə ətin və ya kababın yanında qarnir kimi verilir, plov isə təkcə düyüdən ibarət olmayıb, əlavə olaraq qara ilə birlikdə bişirilən düyüdür, xörək növüdür. Bununla belə, istər plov, istərsə də çilov üçün düyü eyni üsulla bişirilir. Əvvəlcə düyü duzlu suda isladılır, sonra qaynadılır. Bişmiş düyünü (çilov adlanır) süzür, sonra buxarda (buğda) bişmib hazır olmaq üçün yenidən qazana qaytarıb tökürlər. Bu metod son dərəcədə yüngül, yumşaq, dənələri”dən-dən duran”, bir-birinə yapışmayan düyü xörəyi əldə etmək ilə nəticələnir. Nazik çörək qatı (lavaş) və ya kartof layından istifadə eərək qazanın dibində Tadig adlanan qızılı rəngində qazmaq hazırlanır. Çox vaxt tadig yalnız düyüdən hazırlanır. Bəzən ət, tərəvəz, qoz və meyvə laylar arası əlavə olunur və yaxud çilov ilə qarışdırılaraq buxarda bişirilir (dəmə qoyulur). Çilovu (süzüldükdən sonra) qazana qaytarılıb tökəndə qazanın altına verilən istilik azaldılır, qazanın içindəki buxarın artıq miqdarını özünə hopdurmaq üçün qazanın qapağının altına qalın parça və ya dəsmal qoyulur.

Kateh:

Düyü qazandakı su tam çəkilib quruyana kimi bişirilir. Bu, Gilan vilayətinin ənənəvi yeməyidir.

kateh 2
ghormeh sabzi gilani 1

Dami:

Düyü, demək olar ki, elə eyniliklə kateh kimi hazırlanır, amma xörəyin digər, düyü ilə birlikdə bişirilə bilən, inqrediyentləri (məs., paxlalı bitkilər) bişirmə prosesinin lap əvvəlindən qazana əlavə olunur. Kateh bişdiyi müddətdə qazana verilən istilik minimuma endirilir (düyü və digər inqrediyentlər bişib hazır olan vaxta kimi). Xörəyi yandırmamaq və ötürməmək şərti ilə uzun müddət ocağın üstündə saxladıqda, dami və kateh qazmaq əmələ gətirir. Yoqurt, toyuq (və ya qoyun əti) və düyüdən ibarət olan, əlavə olaraq zəfərandan və yumurta sarısı qatılan Tah-çin daminin xüsusi növüdür.

Ət. Balıq

Geniş yayilmlş ət növləri — qoyun əti, quş əti, dana və mal ətidir. Bütün müsəlman ölkələrində olduğu kimi, İranda da donuz əti istifadə edilmir. Ətdən müxtəlif kabablar, fisincan, abquşt — lobya və tərəvəzlərlə bişirilmiş ət, quş əti və baliqdan ləvəngi hazırlanır. Baliq yeməkləri İranın şimal və cənub bölmələrində daha çox bişirilir, ölkənin digər bölmələrində baliq yeməkləri geniş yayılmayıb. Balığın bütün hissələri: kürüdən tutmuş, başına kimi, yemək üçün istifadə olunur.

40086060 1644133915710049 4555802941523272003 n
HerbKukuRecipe1 medium banooyeshahr

Meyvə və tərəvəzlər

Badımcan, balqabaq, ispanaq, pomidor, xiyar, bibər, yaşıl lobya, paxla, soğan, sarımsaq və kök geniş yayılmış tərəvəzlərdir. İranda müxtəlif salatlarin, demək olar ki, əsasını badımcan təşkil edir. İranda çox yayılmış yemək növlərindən biri də — göyərti və yumurtadan hazırlanan, tavada bişirilən küküdür. Meyvələrdən əncir, citrus birkiləri, ərik, şaftalı, çirin və turş albalı, alma, armud, qaysı, gavalı, nar, üzüm və yemişin müxtəlif növlərini saymaq olar. Meyvə və tərəvəzləri ət və düyü ilə doldurub, müxtəlif dolmalar bişirirlər.

Desert

  • Paxlava, İran üslubunda
  • Meyvə qurusu
  • Çərəz
  • Səməni halvası (Novruz bayramında)
  • Zəfəranlı nabat
  • Nuqa (püstə ilə)
13 76

İçkilər

Bütün müsalman ölkələrində olduğu kimi, İranda da spirtli içkilər içilmir. Ən geniş yayılmış içki növü çaydır (xüsusən qara çay). Digər ənənəvi içki növü ayran və şərbətdir. Qızılgül ləçəklərinin suda islanması vasitəsilə alınan ətirli su – gül suyu da İran mətbəxi üçün ənənəvi olsa da, bu maye daha çox caya, şərbətə əlavə edilərək istifadə edilir. Gül suyu, eləcə də, yeməklərin hazırlanması zamanı istifadə olunur.

İran çay istehsalına görə dünyada 7-ci yeri tutur, əsasən şimal regionlarında yetişdirilir İran mədəniyyətində çay elə geniş yayılıb k, evə gələn şəxsi ilk növbədə çaya qonaq edirlər. İranda da, Azərbaycanda olduğu kimi, bir çox ğlkələrdən fərqli olaraq, çayı içərkən, şəkər çayın içinə salınıb həll edilmir, çay içilərkən ilk öncə ağıza quru qənd parçası qoyulur İranda çayı, eləcə də, avropalıların “zəfəranlı konfet” (Rock candies) adlandırdıqları nabatla içirlər. İranda kofe – qəhvə əsasən tünd, şirin halda içilir. XVI əsrdə İranda qəhvə tibbi məqsədlər üçün istifadə edilirdi

İranda kofe içmək üçün xüsusi evlər (xanələr) var idi, adamlar orada topla.ıb, qəhvə içir, şeir (xüsusən, “Şahnamə” əsərindən) deyərəq deyişərdilər. Müasir İranda qəhvə içmək yalnız şəhərlərdə dəbdədir, həmin xanələrdə (çayxanalarda) çay dəstgahı (süfrəsi) açaraq, ortaya müxtəlif şirniyyat və desertlər gətirilir. İranda Türk qəhvəsi də populyardır, xüsusən də İran azərbaycanlıları arasında

iranian dough4

Ədviyyat

Ədviyyat (və ya chāshni) İran mətbəxində ərzaq məhsullarına ətir və dad vermək üçün istifadə olunan tünd tərəvəz və quru meyvələrin geniş sinfinə aiddir.

Ənənəvi və ən geniş yayılmış İran ədviyyatlarından biri Crocus sativus gülündən alınan zəfərandır. Sarıkök, istiot, sumax, zirinc, darçın, ceviz də İran mətbəxi üçün ənənəvi olan, ölkədə geniş yayılmış ədviyyat növləridir. Eləcə də gül suyu bir çox ənənəvi İran yeməklərinin hazırlanmasında geniş istifadə olunan inqrediyentlərdən biridir.

Golpar (Persian hogweed), İranın rütubətli dağlıq rayonlarında yabanı şəkildə bitir, müxtəlif şorba və raqularda ədviyyat kimi istifadə olunur. Golpar eləcə də, üzüm sirkəsi ilə qarışdırılır, yeməkdən əvvəl salatın yarpaqlarını ona batırırlar

advieh spices minazad zps
13951130222493426

Digər geniş yayılmış ədvalar: hil, “Mahaleb” və ya “Sent-Lüsi” albalı növündən alınan mahleb (Prunus mahaleb) və s.

Bundan başqa bir neçə ənənəvi ədvalar da var ki, onlar xüsusu olaraq bir neçə ədviyyat növünün, ətirli qatqıların qarışdırılması yolu ilə əldə edilir – məs., qovrulmuş küncüt toxumunundan alınan Tahuni, keşniş, cəfəri kimi duzlarla zəngin təzə otlarla qarışdırmaqla alınan sous

İran mətbəxinə dair digər şəkillər

  • Plov
  • Tah-çin
  • Dizi
  • İran çörəyi
  • Hummus
  • Baghala plov
  • Firni, İsfahan üslubunda
  • Təbriz küftəsi
  • Reştə-xoşkar (Şimali İranda şirin qəlyanaltı)
  • Kabab-Bəxtiyari
  • Badımcan-ət qızartması
  • Xoreş- Havij

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Start chat
How can we help you?
TebMedTourism Company
Hi there,
Our consultants are waiting to answer all of your questions right now.