wave sea surf2

Xəzər dənizi

Xəzər dənizi  — Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Axmaz olduğundan tərkibində duzun faizi 0,05% Volqa çayının deltasında 1—3%-dir. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən 28 metr aşağıdır. Onu dünyanın başqa iri su hövzələrindən əsas fərqi dünya okeanı ilə heç bir birbaşa əlaqəsinin olmamasıdır.Qədim xəritələrdə Xəzər dənizi Gilan dənizi kimi də adlandırılırdı.

Xəzərin sahəsi 380 000 km²-dir. Sahil xəttinin ümumi uzunluğu (perimetri) 6 380 km-dir.Ən uzun sahəsinin uzunluğu 1 205 km, eni 554 km,ən dərin yeri 1 025 m-dir.

خزر.jpg 2

Fiziki-coğrafi xarakteristikası

Caspianseamap

Hazırda Xəzər dənizi dünyada ən böyük göl hesab olunur. Xəzər dənizinin sahəsi dünyadakı bütün göllərin ümumi sahəsinin 44%-nə bərabərdir. 2001-ci ilin ölçmələrinə əsasən, Xəzərin suyunun səviyyəsi dünya okeanının səviyyəsindən 28 metr aşağıdadır. Xəzər dənizinin səthinin sahəsi 370 000 km²-dən çoxdur, bu göstərici daim olaraq dəyişir. Dənizin sahəsinin dəyişmə diapazonu 10%-lə 20% arasındadır. Xəzər dənizinə irili-xırdalı 130 çay tökülür. Bu çaylar arasında əsas yeri Volqa çayı tutur. Xəzərə çaylardan tökülən su kütləsinin 90%-i üç çayın payına düşür. Volqa (80%), Kür (6%) və Ural çayı (5%). Terek, Sulak, Samur çayları ümumilikdə Xəzərə tökülən suyun 5%-ni, yerdə qalan suyu isə İranın xırda çayları gətirir. Xəzər dənizinin şərq sahilindən heç bir çay dənizə tökülmür.

Aşağıdakı cədvəldə Xəzər dənizi əsviyyəsinin və sahəsinin XX əsrin əvvəlindən sonuna kimi dəyişilməsi göstəriciləri verilib:

İllər
Səviyyə (metrlə, Baltik dənizi
səviyyəsi ilə müqayisədə)
Sahəsi (min km²)
1910
-26,30
405,5
1920
-27,80
389,0
1930
-27,10
398,5
1940
-28,09
379,0
1950
-27,93
376,5
1960
-27,81
374,1
1970
-27,73
374,0
1980
-27,57
371,6
1990
-27,44
386,0

Sahilyanı dövlətlər və Xəzər dənizinin statusu

SSRİ dağılandan bəri 5 sahil dövləti Xəzərin zəngin ehtiyatlarının necə bölünməsi üstə mübahisəni həll olunmayıb. 2015-ci ilin sentyabrın 29-da Həştərxanda görüşən 5 sahil ölkəsinin prezidenti Xəzərlə bağlı yekun razılaşmanın yenə də bir sonrakı dəfəyə qaldığını elan etdilər.

Sahilyanı dövlətlər və Xəzər dənizinin statusu
  • Azərbaycan (955,08 km) Xəzərin dibinin SSRİ zamanındakı kimi bölünməsini Rusiya və Qazaxıstanla razılaşdırıb. Amma ABŞ-ın bu hövzədəki “Xəzər keşikçisi” layihəsindən faydalanır, ona görə Rusiyanın Xəzərdə hərbi əməkdaşlıq təkliflərinə razılaşmır.
Sahilyanı dövlətlər və Xəzər dənizinin statusu
  •  İran (900 km) SSRİ ilə öz arasında Xəzərə dair razılaşmaları tanımır, onun yenidən, bütün sahilyanı ölkələr arasında 5 bərabər hissəyə bölünməsini tələb edir. Azərbaycan bunu rədd edir, çünki bu qayda ilə bölgü İranın sü sərhədlərinin Bakı buxtasına qədər uzanması demək olur
Sahilyanı dövlətlər və Xəzər dənizinin statusu
  •  Rusiya (695 km) Xəzərin dibinin SSRİ zamanındakı kimi bölünməsini Azərbaycan və Qazaxıstanla razılaşdırıb. Amma Xəzərə “kənar dövlətlərin nüfuz etməsinə” qarşı çıxış edir, sahilyanı ölkələrə iqtisadi və hərbi əməkdaşlıq təklif edir.
Sahilyanı dövlətlər və Xəzər dənizinin statusu
  • Türkmənistan (1200 km) Xəzərin orta xətt prinsipi ilə bölünməsini, orta xətt müəyyən olunanda da Abşeron yarımadası və Çilov adasının nəzərə alınmamasını tələb edir. Hesab edir ki, bunlar Xəzərdə “xüsusi vəziyyət” yaradırlar. Azərbaycanın işlətdiyi “Azəri”, “Çıraq” və “Kəpəz” yataqlarına iddia edir.
Sahilyanı dövlətlər və Xəzər dənizinin statusu
  •  Qazaxıstan (2320 km) Xəzərin dibinin SSRİ zamanındakı kimi bölünməsini Rusiya və Azərbaycanla razılaşdırıb. Amma ABŞ-ın bu hövzədəki “Xəzər keşikçisi” layihəsindən faydalanır, ona görə Rusiyanın Xəzərdə hərbi əməkdaşlıq təklifinə razılaşmır.

Xəzər dənizinin yarımadaları

3446369219 5bb5b5e8e0 b
  • Mianqala yarımadası – İran
  • Abşeron yarımadası – Azərbaycanda
  • Çələkən yarımadası, Türkmənbaşı yarımadası, Dərdcə yarımadası – Türmənistanda
  • Mangistau yarımadası, Buzaçı yarımadası – Qazaxıstan

Xəzər dənizində yağıntı

Xəzər dənizinin sahillərində yağıntı qeyri bərabər paylanmışdır.Ən çox yağıntı dənizin cənub-qərb sahillərinə düşür ki,onun da il ərzində miqdarı1700 mm bərabərdir.Dənizin cənub hissəsindədə kifayət qədər (700 мм) yağıntı düşür.Dənizin şimal və şərq sahilləri yağıntıların az düşməsi ilə seçilirlər.Şərq sahilinin cənub və orta hissələrində il ərzində 100 mm-ə qədər, şimal hissəsinə isə100-200 mm-ə qədər yağıntı düşür.Orta Xəzərin qərb sahillərinə isə il ərzində 200–400 mm-ə qədər yağıntı düşür.

Dənizin şimal rayonlarında noyabr-mart aylarında,cənub rayonlarında isə dekabr-fevral aylarında qar yağır.

Xəzər dənizində axınlar

دریای خزر

Xəzər dənizində axınların yaranmasına səbəb olan amillər əsasən küləklər, dəniz dibinin relyefi, sahil xəttinin konfiqurasiyası, dənizin müxtəlif sahələrinin suyunun temperatur fərqi , dənizə tökülən çaylar ( əsasən Volqa çayının təsiri böyükdür). Uzun müddət aparılan tədqiqatlara əsaslanaraq demək olar ki, əsas başlıca həlledici təsir edən faktor küləkdir. Xəzər dənizinin axınlarının sxemini ilk dəfə N.M.Knipoviç 1921 ci ildə vermişdir. Bu sxemdə Orta Xəzər və Cənubi Xəzərdə suyun dövranı göstərilmişdir.

Volqa çayından gələn suyun bir hissəsi Şimali Qərb istiqaməti ilə Orta Xəzərə axır, o biri hissəsi isə Şimali Şərq istiqamətində hərəkət edərək antisiklonik su dövranını yaradır. 1956 cı ildən başlayaraq Azərbaycan. SSR. Elmlər Akademiyasının “Baku”, “Mir – Qasımov” elmi tədqiqat gəmilər ində mütamadi olaraq Xəzər dənizində axınların sürəti ölçülmüşdür. Qış – yaz aylarında bir siklonik su dövranı Orta Xəzəri iki antisiklonik su dövranı Cənubi Xəzərdə müşahidə edilir. Yayda intensivlik qışa nisbətən dahada yüksək olur. Yayda sirkulyasiya suyun səthində gedir və termoklin ərazisində vertikal sürət artır. Qışda dənizin dərin hissələrindən başla yaraq sürət azalır. Səthdə sürət 10 – 20 sm/s, 100 – 150 metr horizontda isə 35 sm/s olur.

Xəzər dənizinin sularının şəffaflığı

Xəzər dənizi sularının şəffaflığı suyun rəngi, dənizə axan çaylar, temperatur, dalğalanma, dibin tərkibi, ilin fəsli və coğrafi şəraitlə təyin olunur. Xəzər dənizinin sularının şəffaflığı ilin fəsli və coğrafi rayondan aslı olaraq dəyişir. Yanvar ayında dənizin şimal hissəsi buzla örtülüdür. Bu zaman dənizin qərb hissəsində 5 metr dərinliyə uyğun şəffaflıq izoxətti sahildən 50–100 km aralı keçir. Abşeron yarımadası rayonunda və Kürün mənsəbində bu xətt sahilə yaxınlaşır. İran şelfinin ən cənub hissəsi bütövlükdə 5 metrlik izoxəttə düşür və şəffaflığın artması müşahidə olunur.İran şelfinin cənubi-şərqindən Türkmənbaşı şəhərinə qədər şəffafliq minimaldır(2,5m).Ümumiyyətlə şərq sahilində 5 metrlik izoxətt sahilə yaxındır, yəni nisbətən yüksək şəffaflıq müşahidə olunur.

wave sea surf2

Dənizin dərin hissələrində, Lənkəran və Dərbənd çökəkliklərində, şəffaflığın qiyməti 15 metrə yaxındır.Apreldə, Şimali Xəzərdə, Volqa çayının buzları əridiyindən dənizin suları bulanlıqdır və şəffaflıq aşağıdır (2m-2,4m aşağı). Qərb sahilində 5 metrlik izoxətt sahilə yaxınlaşır, suların şəffaflığı artır.Cənub və şərq şelfinin sularında hər yerdə şəffaflıq 5 metrdən yuxarıdır. Yanvar ayında Dərbənd çökəkliyində mövcud olan yüksək şəffaflıq (15m) zonası apreldə yox olur və öz yerini şəffaflığın 10 metrlik izoxəttinə verir. Eyni zamanda Cənubi Xəzərdə şəffaflıq 15 metrə qədər artır.Iyulda suların şəffaflığı artır, Cənubi Xəzərdə şəffaflığın 20 metrə çatdığı sahələr yaranır. Noyabrda suların şəffaflığı azalır, 20 metr şəffaflığa malik olan zonalar yox olur, qərb sahillərində şəffaflıq 1-2 metr aşağı düşür. Minimal şəffaflıq qərb sahilində, Samur, Kür, və sair çayların dənizə axdığı yerlərdə müşahidə olunur. Dənizin mərkəzi hissəsində şəffaflıq 10-15 metr tərtibindədir. Onun 21 metrə yaxın maksimal qiyməti isə yay fəslinə düşür və Cənubi Xəzərdə qeydə alınır. Bütün fəsillərdə, bir qayda olaraq, qərb hissələrin sularının şəffaflığı şərq hissələrinə əsasən aşağıdır.

Xəzər dənizində küləklər

138847 124

Xəzər dənizi yer kürəsində küləkli dənizlərindən sayılır. Statistikaya görə bu dənizdə ilə 250 gün qasırğalı küləklər müşahidə olunur. Küləklərin sürət və istiqamətləri, əsasən, aşağadakı amillərlə müəyyən olunur: atmosferin ümumi dövranının xarakteri, küləyin özü tərəfindən yaranmış temperatur sahəsi və sahillərin relyefi. Atmosfetin yerə yaxın qatında külək öz qeyri-stabilliyi ilə fərqlənir. Bu da dənizin müxtəlif hissələrində atmosfer dövranlarının müxtəlifliyi ilə izah olunur. Külək rejiminin ümumi qanunauyğunluğuna görə dəniz üzərində şimal (ŞmQ, Şm, ŞmŞ) və cənubi-şərq rumblu küləklər üstünlük təşkil edirlər (Koşinski, 1964).

Xəzər dənizində il boyunca şimal rumblu külək sahələrinin qərarlaşmasının orta ehtimalı 41%-dir, amma başqa mövsümlərə nisbətən yayda bu rəqəm bir qədər artır-48,7%. Təqribən onların yarısı şimali-qərb rumbulna düşür. Şimal rumblu küləklər Azor antisiklonunun qollarının cənub rayonlarına yayılması, Barens və Karsk, Skandinaviya antisiklonlarının hərəkəti və həm də, sonradan şimali-şərq istiqamətində hərəkət edib Orta Asiyanın qərb rayonlarında daxil olan, Cənubi Xəzər antisiklonunun aktivləşməsi zamanı müşahidə olunur. Cənubi-şərq küləkləri ildə orta hesabla 35,9% təşkil edir. Onlar ən çox qışda, Qazaxıstan və Orta Asiyanın rayonları üzərində qərarlaşmış antisiklon yarananda müşahidə olunur (41,3%). Bu antisiklon hava kütlələrinin cənub-şərq istiqamətində daşınmasına əlverişli şərait yaradır. Xəzər dənizi üzərində əsən külək tiplərindən ən davamlısı cənubi-şərqi küləklərdir. Dəniz akvatoriyası hüdudlarında küləyin orta illik sürəti 4-6 sm/san tərtibindədir.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Start chat
How can we help you?
TebMedTourism Company
Hi there,
Our consultants are waiting to answer all of your questions right now.