1200px Takht i Suleiman E Alipoor 4

İranda turizm

Turizm sahəsində İranın ən böyük sərvəti bu ölkənin tarixidir. Bir neçə min illik tarixi olan İran mədəniyyəti və sivilizasiyasından elə böyük bir miras qalmışdır ki, yalnız maddi konstruksiyası olan nümunələrin sayı bir milyon iki yüz minə çatır. Bu üzdən də səfərlərin çoxu mədəni turizm mahiyyəti daşıyır.

ایران
[ra_section_title style=”gradient-underline” title=”İranın turizm məkanları və şəhərlərindən bir neçəsi ilə tanışlıq”][/ra_section_title]
tehran2

Tehran bir baxışda

İran İslam Respublikasının paytaxtını əhatə edən Tehran ostanı siyasi, ictimai, iqtisadi və mədəni baxımdan çox böyük əhəmiyyətə malikdir. Əlborz dağlarının ətəklətində yerləşən Tehran ətrafı şəhristanlar zəngin və nadir təbii gözəlliyə malikdir. Hündür Dəmavənd dağlarının aşağı hissəsində yerləşən geniş çöllər və gül-çiçəyin xalı kimi sərildiyi dərələr ilin  hər fəslində xüsusi bir mənzərə yaradır və öz füsunkar gözəlliyi ilə təbiətsevərləri buraya cəlb edir. Tehran ostanını şərq və qərb tərəfindən coşqun çaylar əhatə edir ki, bu çayların üzərində sədlər tikilməsi nəticəsində böyük və gözəl göllər əmələ gəlmişdir.

Bu göllər müvafiq su idman yarışlarının keçirilməsi və əyləncələrin təşkili üçün çox münasibdir.İrandakı ən böyük xizək arenaları Tehranın şimalındakı həmişə başıqarlı olan və qış fəslinin hökm sürdüyü hündür dağların ətəyində yerləşir və turistlərin və qış əyləncə idman növləri həvəskarlarının buraya axınının intizarındadır. Tehran ostanındakı yamyaşıl əkin sahələri şəhərdən cənubda və Vəramin, Şəhri-rey və Şəhriyar şəhristanlarında yerləşir və bu ostanda kənd təsərrüfatının rövnəq tapmasına səbəb olmuşdur. Bu ostanın səfalı bağları və yaylaqları isə ostanın şimalında və Ləvasanat, Taleqan və “Rudbar-e Qəsran”-da yerləşir. Uzun müddət ərzində İranın paytaxtı olması bu ostanda xüsusilə Tehran şəhərində  mühüm tarixi və memarlıq binaları və abidələrinin mövcudluğunun əsas səbəbidir. İranda olan muzey və hotellərin əksər hissəsi Tehranda yerləşir. Tehran ostanı sənaye və ticarət baxımından çox yüksək səviyyədə inkişaf etmişdir. Bu ostan iqtisadi cəhətdən İranın ən inkişaf etmiş, siyasi baxımdan isə ən əhəmiyyətli məntəqəsidir.

Xorasanın tarixi – 800 min illik rəvayət

Həzrəti İmam Rza (ə)-ın pak vücudu ilə bəzənmiş Xorasan ostanının mərkəzi olan  müqəddəs Məşhəd şəhəri İranın ən mühüm dini şəhəri olmaqla, ilin bütün günlərində qəlbində “Əhli beyt”  sevgisi olanları qəbul etməyə hazırdır. Həzrəti İmam Rza (ə)-ın pak hərəminin bu məntəqədə olması bu şəhristanın iqtisadi inkişaf və rövnəq tapmasına səbəb olmuşdur. Turizm sənayesi Məşhəddə xüsusi bir əhəmiyyət və yeri vardır. Bu şəhərin xüsusi əhəmiyyəti ilk növbədə onun ziyarət yeri olması ilə bağlıdır və iranlılar və digər müsəlman ölkələrinin vətəndaşları daim dəstə-dəstə buraya axışırlar. Müsəlman ziyarətçilərdən savayı, qeyri-müsəlman turistlərin də bir çoxu bu abidələrə tamaşa etmək  və belə ziyarətgahlarda müsəlmanları ziyarət etmək arzusu ilə yaşayırlar.

jpnqVwXDtQwacmfAbnRtTA1B1dGJRdYPYiOY1PIv
isfahan 1

İsfahanın dünya şöhrəti

Uzun əsrlərdir ki, İsfahan şəhərini “nesf-e cəhan”, yəni dünyanın yarısı adlandırırlar. İsfahan elə bir məntəqədir ki, onun tarixi İran sivilizasiyasının tarixi qədər qədimdir. Bu diyarda bütün tarixi dövrlərə aid bədii nümunələrə rast gəlmək olar. İsfahan qədimliyi və xüsusi incəsənət, iqtisadi, sənaye, ticarət və turizm  dəyərləri baxımından dünyada xüsusi yerə malikdir. İslami İranın bu əhəmiyyətli diyarının tarixi mövcudluğu e. ə . III minilliyə gedib çıxır.

İran yaylasının mərkəzində yerləşən İsfahanın təbii və coğrafi mövqeyi, münbit torpaqları və Zayənderud çayının buradan keçməsi bu məntəqənin müxtəlif tarixi dövrlərdə burada yaşayan xalqların mühüm fəaliyyət mərkəzlərindən biri olmasına və həmin xalqların əhəmiyyətli tarixi yadigarlarının öz qoynunda yaşatmasına səbəb olmuşdur. İsfahandakı qədim və qiymətli memarlıq nümunələri olan tarixi binalardan bir çoxu, o. c. böyük “Nəqş-e cəhan” meydanı milli YUNESKO təşkilatının abidələr siyahısına salınmışdır. İsfahan əl işləri də qədimdən dünyada orijinal islam və İran incəsənətinin nümayəndəsi kimi tanınmışdır və İsfahan adı çəkiləndə hər insanın yadına parlaq kaşılar, miniatür tablolar və gözəl xalçalar, qrafik rəssamlıq nümunələri düşür. İsfahan ostanında iri sənaye sahələrinin olması buranı dağ-mədən sənayesi baxımından da İranın ən inkişaf etmiş bölgələri sırasına çıxarmışdır. Təbii abidələrin və nadir və çoxlu sayda görməli tarixi məkanların olması İsfahanın qiymət və etibarını, bu diyarın dünya şöhrətini artırmış və İsfahana səyahət etməyi dünyanın müxtəlif ölkələrindən olan turistlərin ən böyük arzularından birinə çevirmişdir.

Qərbi Azərbaycan (Təxt-e Süleyman)

Qərbi Azərbaycan ostanı təbii və tarixi baxımdan İranın mühüm məntəqələrindəndir. Bu ostanın ərazisində də çoxlu tarixi, dini və mədəni tikililər vardır. Azərbaycanı bu diyarın qədim tarixə malik olması nəzərə alınmaqla müxtəlif, lakin az ya çox dərəcədə oxşar adlarla adlandırmışlar. Zəngin keçmişi və enişli-yoxuşlu tarixi bu diyarda çoxlu sayda tarixi bina və abidələrin mövcud olmasına səbəb olmuşdur. bu diyarda çoxlu sayda məscidlər də vardır ki, bunlardan bəziləri, o c. Urmiyyədəki Sərdar məscidi bu məntəqənin görməli yerlərindən sayılır. Urmiyyədə mövcud olan çoxlu sayda kilsələr də qiymətli tarixi və memarlıq abidələrindəndir.

1200px Takht i Suleiman E Alipoor 4

ən qədim dini binalardan olan Marquye kilsəsi həzrət-i İsanın 12 səhabəsindən biri olan həzrət-i Qumaya mənsubdur. Milad təqvimi ilə XV əsrə aid olan qədim Maryuxne kilsəsi, Əhəmənilər dövrünə aid Təmər atəşkədəsi və onlarla qala, körpü, mədrəsə, hamam, məqbərə, imarət, ev, daş kətibəsi və Urmiyyə şəhərinin bazarı, gözəl və baxımlı bir kompleks əmələ gətirmişdir. Tarixi Urmiyyə məntəqəsi əsrlər bundan əvvəl sivilizasiyanın beşiyi, elm və bilik mərkəzi olmuşdur və Urmiyyə şəhəri də qədim mötəbər elm məkanı kimi məşhur olmuşdur ki, burada alimlər, fəzilət sahibləri islam fiqh prinsiplərindən, hikmət, fəlsəfə və ədəbiyyatdan dərs deyirdilər

659

Xuzistan ostanında yerləşən Şuş şəhəri

Şahlar şəhəri olan Akropol, sənətkarlar şəhəri Apadana, Daniel peyğəmbərin məqbərəsinin yerləşdiyi Demurqan, Şaur sarayı və Çəğazənbil şəhəri (YUNESKO təşkilatının abidələr siyahısına salınmışdır) Şuş şəhristanının qədim və tarixi görməli yerlərindən sayılır. qədim “Yeddi təpə” sahəsi Şuş şəhərindən 15 kilometr cənub-qərbdə yerləşir və adından da göründüyü kimi, çoxlu sayda təpələrdən ibarətdir. Tarixdə deyilir, Şuş və Çağazənbil arasında bir müqəddəs məkan olmuşdur ki, ola bilər bu günkü “Yeddi təpə” olsun.

Şuş şəhristanı əhalisinin əksər hissəsinin kənd təsərrüfatı ilə məşğul olur. Bu şəhristanın ən ümdə məhsulu buğda, arpa, küncüd və paxlalı bitkilərdir. Şahu çayından başlanan çoxlu sayda kiçik çayların suyu kənd təsərrüfatının ehtiyaclarını təmin etmək üçün işlədilir. Heyvandarlıq kənd təsərrüfatından sonra bu rayonun əhalisinin ikinci ümdə məşğuliyyətidir. Burada müxtəlif heyvandarlıq və süd məhsulları istehsal olunur.

Kerman ostanının gözü olan Bəm

Bəm şəhristanı Kerman ostanının şəhristanlarından biridir. Gözəl Bəm şəhəri zəlzələ nəticəsində dağıldı və bu hadisə milyonlarla iranlının ürəyinə dağ çəkdi. Lakin buna baxmayaraq, Bəm bu gün də mövcuddur. Bəm o qədər köklü və əsli olan məntəqədir ki, hətta təbiətin qəzəbi və dəhşətli zəlzələ belə onu tarixə qovuşdura bilmədi. Bəm keçmişdə Fars əyalətindəki beş kürədən biri olmuşdur. “Surət-ol lərz” kitabının müəllifi İbn Huğəl hicri təqvimi ilə XIV əsrdə bəm şəhərini Cirəftdən daha böyük, havası ondan daha yaxşı olan və çoxlu tingliklərin mövcud olduğu bir şəhər kimi təsvir etmişdir. O həmçinin Bəmdəki 3 məscidin – Xəvarec, Hezaran və Qala məscidlərinin adını çəkmişdir və bu şəhərdə toxunan keyfiyyətli və gözəl parçaları qeyd etmişdir.

Müqəddəsinin “Əhsən-ül təqasim” kitabında qeyd etdiyi kimi, Bəm şəhərinin qala divarının (Ərg-e Bəm adı ilə YUNESKO təşkilatının abidələr siyahısına salınmışdır) Nərmaşir, Kousəkan, Asbikan və Kurcin adlı 4 darvazası olmuşdur. Onun sözlərinə görə, Bəm şəhərinin bazarları daha çox şəhərdən kənarda və bir hissəsi də şəhərin içində yerləşirdi. Bəm İranın cənub-qərbini Sistan, Əfqanıstan və Bəlucistanla birləşdirən yolların üzərində yerləşir. Bu üzdən də bu şəhər Sasanilər dövründən böyük hərbi və ticarət əhəmiyyəti daşımışdır. Bəm şəhəri və bu şəhərin qədim qalası mərkəzi İran yaylasının insanı heyrətə salan yadigarlarındandır.

بم
10531494278524512300

Ərdəbil

İranın Ərdəbil şəhəri təbiəti ilə qonaqları valeh edir İslamazeri.az “Təsnim” agentliyinə istinadən Ərdəbilin gözəl təbiəti və ürəkaçan mənzərələrini təqdim edir.

Qeyd edək ki, Ərdəbil vilayətinin Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Baş İdarəsinin turizm məsələləri üzrə sədr müavini bu vilayətə gələn Azərbaycan Respublikası turistlərinin 17% artdığını bildirib.

Ərdəbilin 5000 ilə yaxın tarixi vardır. 2011-cı il əhalinin siyahıya alınmasının nəticələrinə görə Ərdəbil şəhərinin 564,365,nəfər əhalisi var.

Əhalinin əksəriyyəti azərbaycanlılardır. Azərbaycana yaxın olan bölgədir. Biləsuvar sərhəd postundan bura daha yaxındır. Ərdəbil vilayəti zülallı suyu və təravətli havası, mənzərəli təbiəti və tarixi abidələri, çoxlu şəlalələri və təbii istisuları ilə İranın ən çox turist qəbul etdiyi vilayətlərdən biridir. Məşhur Şeyx Səfiəddin və Şah İsmayıl məqbərələri bu şəhərdə yerləşir. Ərdəbilin digər tarixi abidələrinə gəldikdə, Cümə məscidini və şəhərin Kəhralan adlanan hissəsindəki Şeyx Cəbrayıl məzarlığını qeyd etmək olar. Şəhərin cənub-qərb hissəsində yerləşən Şorəbil gölü və gölün ətrafındakı əyləncə məkanı Ərdəbilin yüksək turizm potensialının göstəricisidir. Bundan əlavə şəhər kənarında yerləşən Səreyn yaşayış məntəqəsi müalicə əhəmiyyətinə malik isti suyu ilə şöhrət qazanmışdır. İstisu özünə həm ölkə daxilindən, həm də ölkə xaricindən hər il minlərlə turist cəlb edir. Savalan dağı isə yay fəslində yerli və xarici alpinistlərin maraq obyektinə çevrilir. Ərdəbil şəhərinin səfalı yerlərindən biri də “Fındıqlıq” adlanan ormanlarıdır ki, Azərbaycanla sərhəddə, Talış dağlarının ətəklərində yerləşir.

Masulə

İranın Gilan ostanında yerləşən şəhər. Masulə əhalisinin əksəriyyətini talışlar təşkil edir.

Masulə şəhəri Gilan əyalətinin mərkəzi olan Rəşt şəhərinin 70 kilometr uzaqlığında yerləşir. Elbrus dağlarının ətəyində yerləşən tarixi Masulə şəhəri 16 hektar sahə ilə Gilanın ən qərb hissəsində, Rəştin cənub-qərbində və Fumənin 25 km qərbində salınıb. Onun dəniz səthindən hündürlüyü 1050 metrdir. Şəhər İranın milli mədəni irsi siyahasında qeydiyyata alınıb.

Yaz aylarında sərin havası, qış aylarında qarla örtülü olan Masulənin yolları demək olar ki, ilin bütün fəsillərində duman və sis olur. Masulədəki evlər elə tikilib ki, bir evin damı digər evin həyətidir.

3
kish 3

Kiş adasının görməli yerləri

Kiş adasının görməli yerlərinin çoxu təbiətin əli ilə uzun illər ərzində yaradılmış və bəşər övladının əli ilə də onlar dəyişikliklərə məruz qalmışlar. Bu adanın əsrarəngiz gözəlliklərindən birini adanın sahilləri təşkil edir. Bu sahillər çox gözəldir və belə təbii gözəlliklərə dünyada çox az rast gəlinir: suyun dərinliyinin az olması və suyun şəffaflığı səbəbindən dənizin dibi bir neçə metr dərinliyədək aydın görünür və sanki təbii bir akvariumdur.

Qumluq sahil, əyləncə məqsədli xizəksürmə, adanın ətrafına sahilboyu dolanan avtomobil yolu, 70 km-ə yaxın uzunluğu olan velotrek (burada gecədən xeyli keçənədək əyləncəli xizəksürmə idmanı ilə məşğul olurlar), velosiped kirayə stansiyaları, müxtəlif idman meydançaları: futbol, tennis, hovuz, voleybol, basketbol, şahmat, eskvaş (divar tennisi) olan olimpiya idman kompleksi, habelə bilyard və boulinq kimi idman növləri  komplksi qonaqların ləzzət aldığı məkanlardandır. Çoxlu sayda ahu və quşların təbii mühitdə yaşadığı sahil parkı, quşlar parkı, ahular parkı və Kiş vəhşi heyvanlar parkı, delfin parkı və delfinlərin gözəl oyunları qonaqların vaz keçə bilmədiyi gözəlliklərdəndir. Kiş adasındakı xiyaban və bulvarlar da gözəl bir üslubda salınmışdır və buradakı dekorativ ağaclar və rəngarəng güllər sayəsində adaya xüsusi bir gözəllik bəxş edir.

Kişin qumlu sahillərindəki torpaq mərcan materialındandır və günəş şüaları altında gümüşü parlaqlıq kəsb edir. Dünyada ikinci belə yerə rast gəlmək mümkün deyildir. Kişdə dəniz şəffaf açıq mavi rəngdədir ki, bunun nəticəsində də dənizin dibi onun səthindən də aydın görünür. Kiş sahilləri dünyada ən geniş sahillərdir, çünki dünyada ikinci elə bir sahil tapmaq çətindir ki, Kişdəki sahillər qədər istifadəyə yararlı olsun və qonaqlar orada xatircəmliklə və hər cür narahatlıqlardan azad bir şəkildə istirahət edə bilsinlər.

Yeraltı suvarma kanalının tarixi 2500 il əvvələ gedib çıxır. Bu kanal ada sakinlərini içməli su sarıdan təmin edirdi, lakin hazırda 10 000 kv. metr sahəsi olan heyrətamiz bir yeraltı şəhərə çevrilmişdir.

Yunan gəmisi də Kiş adasının turistləri cəlb edən məkanlarından biridir. Adanın yerli ağacları təbii, buranın cəzbedici və gözəl xəzinəsidir. Lur ağacı və ya müqəddəs əncir adanın ən məşhur ağacıdır. Bu növ ağaclar adanın cənub rayonlarında bitir. Lur ağacının çoxillik qabığı və əsas gövdədən asılı vəziyyətdə olan yarpaqları və kökləri onu digər ağac növlərindən fərqləndirir.  Bu ağacların kökləri elə bitir ki, çətir kimi torpaq üzərinə kölgə salır və bu ağac bir neçə yüz il ömür sürə bilir.

Zəncan ostanı və tarixi Sultaniyyə binası

Zəncan ostanı turizm sənayesinin inkişafı və turistlərin cəlb olunması sahəsində böyük imkanlara malikdir. Bu ostanın təbii görməli yerləri, o c. dağları, çayları, şəlalələri, mineral su bulaqları, təbii və süni gölləri müxtəlif şəhristanların ərazisində yerləşir. İri və məşhur çaylar və bu çayların əkin yerlərində və bağlardakı qolları, mədən suları və soyuq su çeşmələri, tarixi və təbii mağaralar, əkin yerlərinin və bağların gözəl mənzərələri bu ostanın təbii gözəlliklərini təşkil edir və hər bir seyrçinin zövqünü oxşayır.

5db61331 e5c6 447a b9b9 fdc203512901

Bu bölgənin tarixinin bir çox eniş-yoxuşlardan keçdiyinə və bəzən zorakılıq və müharibə alovlarının bu diyarın tarixinin bir çox səhifələrini və hətta bəzən bu tarixi bütünlüklə külə döndərdiyinə baxmayaraq, diyarın əsil kimlik və mədəniyyətinin zənginliyi və dərinliyi səbəbindən Zəncan ostanı bu gün də qiymətli və diqqətəlayiq bir mədəniyyəti əmanət kimi qoruyub saxlayır. Qədim və çox qiymətli saraylar, tarixi mədrəsələr, təkrarsız memarlıq üslubunda tikilmiş məscidlər, qədim bazarlar, imamzadələrin məqbərələri, qiymətli memarlıq üslubuna malik ziyarətgahlar və tarixi və dini binalar bu diqqətəlayiq mirasın yalnız bir hissəsidir. Bu ostanda mövcud olan binaların bəziləri (YUNESKO təşkilatının abidələr siyahısına salınmış böyük və tarixi Sultaniyyə binası kimi)

1-ci dərəcəli turizm əhəmiyyətinə və dünya şöhrətinə malikdir. Ən böyük və dəbdəbəli islami binalardan biri olan Sultaniyyə binası Zəncan ostanıının şərqində yerləşir. Bu ostanın bəzi digər tarixi binaları, o qədər də qədim tarixə malik olmadıqlarına baxmayaraq, memarlıq və ifadə baxımından İranın özünəməxsus binalarından sayılır ki, bunlardan bənzərsiz Camaşırxana binasını göstərmək olar.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Start chat
How can we help you?
TebMedTourism Company
Hi there,
Our consultants are waiting to answer all of your questions right now.