tehran2

Tehran bir baxışda

İran İslam Respublikasının paytaxtını əhatə edən Tehran ostanı siyasi, ictimai, iqtisadi və mədəni baxımdan çox böyük əhəmiyyətə malikdir. Əlborz dağlarının ətəklətində yerləşən Tehran ətrafı şəhristanlar zəngin və nadir təbii gözəlliyə malikdir. Hündür Dəmavənd dağlarının aşağı hissəsində yerləşən geniş çöllər və gül-çiçəyin xalı kimi sərildiyi dərələr ilin  hər fəslində xüsusi bir mənzərə yaradır və öz füsunkar gözəlliyi ilə təbiətsevərləri buraya cəlb edir. Tehran ostanını şərq və qərb tərəfindən coşqun çaylar əhatə edir ki, bu çayların üzərində sədlər tikilməsi nəticəsində böyük və gözəl göllər əmələ gəlmişdir. Bu göllər müvafiq su idman yarışlarının keçirilməsi və əyləncələrin təşkili üçün çox münasibdir.

tehran2

İrandakı ən böyük xizək arenaları Tehranın şimalındakı həmişə başıqarlı olan və qış fəslinin hökm sürdüyü hündür dağların ətəyində yerləşir və turistlərin və qış əyləncə idman növləri həvəskarlarının buraya axınının intizarındadır. Tehran ostanındakı yamyaşıl əkin sahələri şəhərdən cənubda və Vəramin, Şəhri-rey və Şəhriyar şəhristanlarında yerləşir və bu ostanda kənd təsərrüfatının rövnəq tapmasına səbəb olmuşdur. Bu ostanın səfalı bağları və yaylaqları isə ostanın şimalında və Ləvasanat, Taleqan və “Rudbar-e Qəsran”-da yerləşir. Uzun müddət ərzində İranın paytaxtı olması bu ostanda xüsusilə Tehran şəhərində  mühüm tarixi və memarlıq binaları və abidələrinin mövcudluğunun əsas səbəbidir. İranda olan muzey və hotellərin əksər hissəsi Tehranda yerləşir. Tehran ostanı sənaye və ticarət baxımından çox yüksək səviyyədə inkişaf etmişdir. Bu ostan iqtisadi cəhətdən İranın ən inkişaf etmiş, siyasi baxımdan isə ən əhəmiyyətli məntəqəsidir.

[ra_section_title style=”gradient-underline” title=”Tehranın bəzi turistik yerləri”][/ra_section_title]
GuLVb9Zj4g4EMviH 1536398922209

Tehranın Dərəkəsi

Şemiranatın gözəl və qədimi məkanlarından biri olan Dərəkə , Dərəkənin səfalı dərəsi üzunluğunda  elə bu adla məşhur olan çayın hər 2 tərəfində Şimal və cənub şəklində yerləşir.

Tehranın Firdows bağı

Ferdows Garden (Fars: Ferdows Gardens Bāq e Ferdows) İranın Şemenan şəhərində (İranın şimalındakı Tehrān) Təcriş rayonunda yerləşən tarixi bir kompleksdir. Kompleks Qacar sülaləsinin hökmranlığına aiddir və 2009-cu ildən İranın Kino Kinoteatrına ev tikir.

5 1
آزادی

Tehranın Azadi Meydanı

Azadı meydanı — Azadlıq meydanı mənasını daşıyan meydan, İranın paytaxtı Tehranın simvollarından biridir. 48 m hündürlüyü olan Azadı qülləsi meydanın mərkəzində yerləşir

Tehranin Gülüstan sarayı 

Gülüstan sarayı İranın paytaxtı Tehran şəhərində, Ərq meydanın yaxınlığında Tehran sədlərinin içində yerləşən və Qacarlar sülaləsi dövrünə aid saray.

Saray XVI əsrdə Səfəvi şahı I Təhmasib tərəfindən tikdirilmiş və Qacarlar sülaləsi tərəfindən iqamətgah kimi istifadə olunmuşdur.

Pəhləvilər sülaləsi zamanında mərasimlərdə istifadə olunan saray hazırda muzey kimi fəaliyyət göstərir.

IMG 1897 GolestanPalace

Saraydakı məkanlar

  • Şəms-ül Minarə – Tərcümədə “Günəş binası” deməkdir. Nasirəddin şah Qacar tərəfindən Tehranı yüksəkdən görmək üçün tikdirilmişdir
العماره
Wax model of Naser al Din Shah Qajar2
  • Salam salonu– Muzey kimi istifadə olunan bu salon Nasirəddin şah Qacar tərəfindən Avropaölkələrini gəzdikdən sonra Avropa muzeylərinindən ilham alıb belə muzeyin saraydada olması üçün tikdirilmişdi. Pəhləvilər dövründə salonda rəsmi tədbirlər keçirilib. Avşarlar sülaləsinin qurucusu Nadir şahın Hindistandan gətirdiyi məşhur “Taxt-i Tavus” adlı taxt uzun zaman burada idi.
  • Güzgü salonu– Bu salonda Nasirəddin şah Qacarın rəsmləri sərgilənir.
6437a762011a9aa7548c83071d807af1
  • Taxtı-Mərmər binası -Bu bina adını 65 mərmər hissəsindən ibarət mərmər taxtdan almışdır.
marble throne
  • Əbyəz sarayı -Nasirəddin şah Qacar tərəfindən tikdirilib. Nasirəddin şah Qacar hakimiyyətinin son illərində Osmanlı sultanı II Əbdülhəmidin göndərdiyi hədiyyələr burada sərgiləmək üçün inşa etdirmişdir
  • Badgir binası
  • Fil Dişi binası
  • Berelyan binası
52073588noresize2

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Start chat
How can we help you?
TebMedTourism Company
Hi there,
Our consultants are waiting to answer all of your questions right now.